Bu elektron sistem beynəlxalq səviyyədə yüksək dəyərləndirilir

12:51 12-06-2019 | icon 454 | Cəmiyyət
Bu elektron sistem beynəlxalq səviyyədə yüksək dəyərləndirilir

Prezident İlham Əliyevin sosial islahatlar proqramının əsas istiqamətlərindən biri də əlillik təyinatı prosesində şəffaflığın və obyektivliyin təmin edilməsidir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin qiymətləndirilməsi üzrə yaradılan elektron sistem müasir texnologiyaların tətbiqi nəticəsində əldə olunan uğurlu təcrübələrdən biri kimi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, Avropa regionu üzrə təşkil edilən “Yaxşı Təcrübə” müsabiqəsinin nəticələrinə əsasən, ötən ay Beynəlxalq Sosial Təminat Assosiasiyasının əlilliyin qiymətləndirilməsi üzrə Azərbaycanın elektron sistemini xüsusi mükafatla təltif etməsi də bunu göstərir.

 

Həmin e-sistem əlilliyin qiymətləndirilməsinin məmur-ekspert təması olmadan həyata keçirilməsinə imkan verir.

Hər hansı vətəndaşın əlilliyin qiymətləndirilməsi səhiyyə müəssisəsi tərəfindən e-sistemə daxil edilən göndəriş əsasında aparılır. Göndəriş e-sistemə daxil edildikdən sonra əlilliyi qiymətləndiriləcək şəxsi, göndərişi rəsmiləşdirən səhiyyə müəssisəsini, onu təsdiq edən şəxsləri müəyyən etməyə imkan verən bütün məlumatlar avtomatik olaraq adsızlaşdırılır.

 

Beləliklə, yalnız göndərişdə əksini tapan xəstəlik məlumatı əsasında əlillik təyin edilib-edilməməsinə dair qərar qəbul edilir ki, bu da prosesin şəffaflığını və obyektivliyini təmin edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI