AQTA əməkdaşları Bərdədə fermerlərlə görüşüblər

16:13 12-06-2019 | icon 563 | İqtisadiyyat
AQTA əməkdaşları Bərdədə fermerlərlə görüşüblər

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu ərazisində pambıqçılıqla məşğul olan fermerlərlə görüşüblər. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarının mütəxəsisləri, Azərbaycan Gübrə İdxalçıları və İstehsalçıları Assosasiyasının əməkdaşları və xarici mütəxəsislər də iştirak ediblər.

 

Versus.Az-ın məlumatına görə, görüş çərçivəsində mütəxəssislər fermerlərə pambıq əkinlərində inteqrir mübarizə barədə geniş məlumat veriblər. Bildirilib ki, inteqrir mübarizə zamanı pambığın başlıca zərərli orqanizmləri əsas götürülərək mübarizə aparılır.

 

Qeyd olunub ki, pambıq bitkisinə zərər vuran başlıca zərərvericilər pambıq sovkası, pambıq mənənəsi, tütün tripsi, hörümçək gənəciyidir. AQTA əməkdaşları tərəfindən sadalanan zərərli orqanizmlərin bioekologiyası, yayılması, zərərləri və mübarizə üsulları barəsində fermerlərə geniş məlumatlar və tövsiyələr verilib.

 

Eyni zamanda görüşdə mütəxəssislər fermerlərə kimyəvi mübarizə zamanı pestisidlərin tətbiqi reqlamentinə, təhlükəsizlik qaydalarına və ictimai təhlükəsizlik haqqında təlimata ciddi əməl olunmasının zəruruliyini çardırıb.

Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı