Bakı işğalçı Ermənistan ətrafında halqanı daraldır

20:21 17-03-2018 | icon 745 | Geopolitika
Bakı işğalçı Ermənistan ətrafında halqanı daraldır

Ermənilər təşviş içində

 

Ermənistanın "Jamanak" qəzetində "Qafqaz oyunu mürəkkəbləşir" (Кавказская игра становится сложнее) adlı məqalə dərc olunub. Qısaca izah etsək, məqalədə erməni tərəfinin Bakıda müqayisəyəgəlməz diplomatik fəallığın müşahidə olunmasından narahatlığı ifadə olunur. Versus.az milli.az saytına istinadən həmin məqaləni təqdim edir.

 

Qəzetdə martın 15-də Prezident İlham Əliyevin Türkiyənin Baş naziri Binəli Yıldırımın müşayiəti ilə onlarla ölkənin indiki və sabiq yüksək vəzifəli şəxslərinin də qatıldığı 6-cı Bakı Qlobal Forumunda iştirakı və orada Qarabağ məsələsi ilə bağlı çıxışından sonra, günün ikinci yarısında diplomatik uğurundan və bunun Ermənistan üçün təhlükəsindən bəhs edilir.

Əsas narahatedici məqam isə həmin gün Azərbaycan, Türkiyə, Gürcüstan və İranın xarici işlər nazirinin dördtərəfli formatda ilk görüşündən sonra qəbul edilən bəyannamədə tərəflərin bir-birinin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının, regional münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə həllinin qeyd edilməsi ilə bağlıdır.

Ermənilər hesab edir ki, Bakı bu məqamı əlində "kozır" edəcək və bütün dünyaya bəyan edəcək ki, Ermənistanla dostluq edən İran və Gürcüstan Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir, baxmayaraq ki, bəyannamədə Qarabağ məsələsinə birbaşa toxunulmur. Onlar qorxurlar ki, Ermənistanı bütün regional iqtisadi layihələrdən təcrid etmiş Azərbaycan ümumi paketə Qarabağ məsələsini də özünə sərfəli formada daxil edə bilər.

Bakıda 4 nazirin Hindistandan yüklərin İran, Azərbaycan, Gürcüstan və Ukrayna üzərində Avropaya cəmi bir həftəyə nəqlini nəzərdə tutan 5 min km uzunluğundakı "Cənub-Qərb" nəqliyyat dəhlizinin perspektivləri müzakirə edilən zaman İranın bu yeni formata, eləcə də Təbrizə qədər uzatmaqla Bakı-Tiflis-Qars dəmir yoluna tez inteqrasiya olunmaq istəyi erməniləri əməlli-başlı təşvişə salıb.

Onlar hesab edirlər ki, Bakıda 4 nazirin görüşü ilə Azərbaycan 2 böyük məqsədinə nail olub. Birincisi, Qarabağ məsələsində öz mövqeyini digər dövlətlərin konsensus mövqeyi kimi təqdim edə, ikincisi, Ermənistanın regional təcrid olunmasını daha da gücləndirə bilib.

Ermənilər hesab edirlər ki, Ermənistanın xüsusən də İran və Gürcüstanla nə qədər dostluq əlaqələri olsa da, onlar siyasi gündəmdən, regional tərkibdən və strateji uzaqgörənlikdən məhrumdurlar.

Qeyd edək ki, Ermənistanda Azərbaycanın Türkiyə və Gürcüstanla hərbi əməkdaşlığının güclənməsindən, Rusiya və İsrail ilə hərbi-siyasi və hərbi-texniki əməkdaşlığın dərinləşdirməsindən, inanılmaz olsa da, bu sıraya İranın da qoşulmasından sonra ciddi şəkildə narahat olmağa başlayıblar. Bu narahatlıq, xüsusən, bir müddət əvvəl İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Əmir Hatəminin Azərbaycanda hərbi və hərbi-texniki əməkdaşlığa dair müzakirələr aparması və nəhayət, xarici işlər naziri Cavad Zərifinin dördtərəfli formatda iştirakından sonra pik həddə çatıb.

Xülasə, işğalçı Ermənistanı təcridetmə siyasətini davam etdirən Azərbaycanın ardıcıl və davamlı diplomatik və siyasi-hərbi uğurları ermənilərin yuxusuna haram qatıb. Bu onu göstərir ki, Azərbaycan doğru yoldadır və dünyadakı erməni lobbisinin və diasporunun, eləcə də onların havadarlarının bütün əngəllərinə, yalan və fırıldaqlarına baxmayaraq, Ermənistanı hərtərəfli küncə sıxışdıra, çıxılmaz məngənəyə sala bilib. İndi sadəcə qalır son zərbəni vurmaq...

 

Vüqar Orucov

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür