Pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək

11:58 13-06-2019 | icon 381 | Sağlamlıq
Pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək

Səhiyyə Nazirliyinin “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasına dair tədbirlər planı təsdiqlənib.

 

Versus.Az xəbər verir ki, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

 

Tədbirlər planına əsasən, bu il ərzində “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin hazırlanması, sənədə rəy və təkliflərin hazırlanması, eləcə də sanitariya, baytarlıq və fitosanitar norma və qaydalarının beynəlxalq tələblərə uyğunlaşdırılması və ya yeni norma və qaydaların hazırlanması nəzərdə tutulub.

 

Həmçinin ölkədə qida mənşəli xəstəliklər üzrə təhlillər aparılması və məlumat bazasının yaradılması da tədbirlər planında öz əksini tapıb.

 

Bundan başqa, pəhriz, uşaq yeməkləri və s. istehsalına, emalına, eləcə də dövriyyəsinə dair tələblərin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaq.

Əmrin icrasına nəzarət nazir müavini Rahim Əliyevə həvalə edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı