Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

17:10 14-06-2019 | icon 620 | Gündəm
Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

5 mini Azərbaycana göndəriləcək, 2 min Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək

 

Avropa Mərkəzi Bankında üzərində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru paşanın rəsimləri olan avro xatirə pul nişanı basılıb.

 

Versus.Az xəbər verir ki, bu barədə öz “Facebook” səhifəsində Rəsmiyyə Rzalı-Qarayeva paylaşıb.

Türkiyəli kolleksiyonçu Özgür Honça bəy, layihənin gerçəkləşməsi üçün hərtərəfli dəstəyini əsirgəməyən Serhat Cemil Küçük bəy, şəkilləri seçən və mətn üzərində işləyən Türkiyənin görkəmli tarixci-araşdırmaçı yazarı, general-leytenant Nuri Paşanın komandanlığında Bakının qurtuluşu haqqında çox qiymətli arxiv araşdırmalarının və “Nuri Killigil” kitabının müəllifi Atilla Oralın dizaynı ilə ərsəyə gələn 0 göstərişli evro pul nişanı dövriyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əskinasdan istifadə olunub. Avro ilə eyni dəyərə malikdir.

 

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu – FotoLayihənin müəllifi Özgür Honça gördüyü bu böyük işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söylədi. “Bundan öncə də Avropa Mərkəzi Bankında Gazi Mustafa Kamal Atatürk ve daha bir neçə şanlı tariximizlə bağlı bu cür xatirə nişanları basdırmağa nail olmuşduq. 2018-ci il həm Azərbaycan Xalq Cümhuryyətinin, həm də Bakının işğaldan azad olunmasının 100 illik yubileyi idi. Biz də qardaş Azərbaycana bir hədiyyə etmək istədik.

 

Tarixci alim Atilla Oral bəyin yardımıyla layihə üzərində işləməyə başladıq və nəticədə istəyimizə nail olduq. Bu cür pul nişanları dünyanın hər yerində hədiyyə, tanıtma, turizm və xatirə nişanı məqsədlidir. Eyni məqsədlə qardaş Azərbaycana da etdiyimiz hədiyyə 10 min ədəd basılıb. 5 mini Azərbaycana göndəriləcək, 2 min Avropada yayılacaq, 3 min də Türkiyəyə gətiriləcək. İnşallah nəsib olursa xatirə pulunun ilk nömrəsini Azərbaycan Prezidenti cənab İlham Əliyevə də hədiyyə etmək istəyirik”, – deyə o bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI