Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu

21:42 14-06-2019 | icon 1098 | Tarix
Azərbaycanın tarixi yaşının 2 milyon il olduğu sübut olundu

Əgər XX əsrin ortalarına qədər Azərbaycan tarixi cəmi iki-üç min il zaman çərçivəsində qəbul edilirdisə, məhz arxeoloji tədqiqatlar nəticəsində vətənimizin tarixinin iki milyon ilədək izlənilməsi mümkün olub.

 

Versus.Az-ın məlumatına görə, bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın yazıyaqədərki tarixi dövrü, həmçinin, region barədə yazılı məlumatların yetərincə olmadığı antik və ilk orta əsrlər dövrü barədə məlumatlar yalnız arxeoloji tədqiqatlar hesabına əldə edilir.

O bildirib ki, Azərbaycan ərazisinin məskunlaşması, xalqımızın etnogenezinin ən erkən dövrü barədə yalnız arxeoloji tədqiqatlar zəminində təsəvvür əldə edilə bilər:

 

"Son illər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı və dəstəyi nəticəsində Azərbaycan arxeologiyasında istər kəmiyyətcə, istərsə də keyfiyyətcə yeni inkişaf mərhələsi başlayıb. Müasir dünya elminin standartları arxeologiya elminin artıq digər elmlərin qovşağında olan multidissiplinar bir sahəyə transformasiyasını tələb edir. Hazırda geoarxeoloji, paleobotanik, arxeozooloji, paleoantropoloji, radiokarbon və s. multidissiplinar araşdırmaları genişləndirmədən arxeologiya elminin gələcək inkişafını təsəvvür etmək çətindir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol