Agentlik: "Yanardağ"da ibtidai icma dövrünə aid mağaralar, bulaqlar, palçıq vulkanı, pir də var

22:18 14-06-2019 | icon 453 | Mədəniyyət
Agentlik: "Yanardağ"da ibtidai icma dövrünə aid mağaralar, bulaqlar, palçıq vulkanı, pir də var

Bu gün Dövlət Turizm Agentliyi "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna jurnalistlərin media turunu təşkil edib.

 

Versus.Az-ın məlumatına görə, Dövlət Turizm Agentliyinin rəsmisi Elşən Mustafayev jurnalistlərə bildirib ki, həm tarix mədəniyyət nümunələrinin, həm də təbiət abidələrinin qorunduğu bir qurum olan "Yanardağ" qoruğu 2007-c ildə Prezidentin sərəncamı ilə yaradılıb.

 

E.Mustafayev qeyd edib ki, qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir:

 

"İlk öncə gələn turistlər "Yanardağ" abidəsini ziyarət edirlər, lakin biz onların turizm maşrutunu genişləndirmək və onları digər məndəni irs nümunələrinə də baxmağa yönləndirmək istəyirik. Qoruq ərazisində qədim paleolit dövrünə aid insan düşərgəsi, qədim mağaralar, palçıq vulkanı, kükürdlü su bulağı kimi abidələrlə yanaşı, Osmanlı əsgərlərinin qazıb istifadə etdikləri səngərlər, kurqanlar da var. Bunlar göstərir ki, bu abidə təkcə təbii irs nümunəsi deyil, həm də Azərbaycanı xarici turistlərə tanıdacaq mədəni nümunədir".

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF