Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir

23:17 14-06-2019 | icon 803 | İqtisadiyyat
Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir

Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu məsələdə Vergilər Nazirliyi həmkar qurumlarla yaxından çalışır.

 

Versus.Az-ın məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

 

Nazir bildirib ki, nağd pul kütləsinin çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb:

 

"Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda 2016-ci illə müqayisədə pos-terminalların sayında 16%-dək azalma olub. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67 032 pos-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 mln. 721 min ədəd ödəniş kartı mövcuddur”.

 

Daha sonra M.Cabbarov bildirib: "Nağdsız hesablaşmaların aparılmasında ən böyük sual budur ki, tərəflər (sahibkarlar, banklar, vətəndaşlar) nə qədər maraqlıdır? Buna cavab vermək üçün aşağıdakı məsələlərə diqqət yetirmək vacibdir: İlk olaraq komissiya haqları. Hazırda pos-terminallar üzrə ödənilən komissiya haqqı Azərbaycanda 1,29-2,37% arası dəyişir. Müqayisə üçün Gürcüstanda 1,5-2%, İngiltərədə 1,5-2%, İtaliyada 2-2,5%, Rusiyada 2-3% arası dəyişir. Müqayisə üçün deyə bilərik ki, bizdə olan komissiya və tariflər xarici ölkələrdəkindən yüksək deyil. Dövlət bu tarif məsələsinə müdaxilə etmir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol