"Vətənə oğul olanlar" - FİLM

10:47 16-06-2019 | icon 1140 | Film
"Vətənə oğul olanlar" - FİLM

Ananın övladı olmaqdan çıxıb, vətənə övlad oldu...

 

Şəhidlik... Ölümün ölümsüzlük zirvəsi... İnsanlığın baş əydiyi ən ali məqam. Bir evdə doğulub milyonların övladı olanlar...

 

Onların əzəməti və rəşadəti qarşısında dilə gəlib danışa bilsəydi, sözlər də baş əyərdi. Bu sevginin gücünü ifadə etməyə söz tapa bilmirəm. Bəlkə bu əzəmətin böyüklüyünü tərənnüm etmək üçün hər hansı bir yeni söz yaranarsa, içimdəkini olduğu kimi fadə edə bilərəm...

 

Bu müqəddəsliyə olan borcun çox cüzi bir hissəsini ifadə etmək, Şəhidlərimizi yaşatmaq üçün Elman Kərbəlay Agamaliyevlə birlikdə sənədli filmlər çəkmək qərarına gəldik. Gecə yatmadan fikirləşdik, gündüz dincəlmədən düşündük. Və bunu etməyi bir insanlıq borcu hesab etdik. Bu sevgi Vətən adlı məmləkətin gücünün əzəmətindən irəli gəlirdi.

 

Filmimizdə bir hərbçimizin dediyi kimi: "Vətən hissi elə bir hissdir ki, insanı manqurtlaşdırır".

Həqiqətən də bu belədir. Bu sevginin əzəmətindən başqa heç nə fikirləşə bilmirsən. Elə Şəhidlərimiz də bu sevgidən güclü bir sevgi fikirləşə bilməyərək, bu yolda ölümü də şərəf hesab etdilər.

 

"Vətənə oğul olanlar"dır növbəti filmimizin adı. Xalqımızın qəhrəmanlıq salnaməsini yaşadanlara - Aprel Şəhidlərindən Şəhid Əlizaman İslamova ithaf olunub. Evin yeganə övladı, ananın tək ümid və pənahı. Söykənə biləcəyi dayaq yeri... Amma buna baxmayaraq Əlizaman Vətən darda olduqda bir ananın övladı olmaqdan çıxıb, vətənə övlad oldu... Çəkilişlər zamanı onun haqqında söylənilən xatirələr, dostların və qohumların göz yaşları içində qürur və fərəh hissləri bizi daha əzmkar olmağa və filmdə elə onun özü boyda bir dünyasını işıqlandırmağa sövq edirdi. Nə dərəcədə alındıra bildik, nə dərəcədə ifadə etdik bilmirəm, bunu filmi izləyən tamaşaçılar daha dəqiq deyər. Amma, bir onu bilirəm ki, bu bizim içimizin ifadəsi idi. Bu yolda elə onun özünün müqəddəs ruhu köməkçimiz oldu. Qaranlıqda işıq olmağı, işıqda şölə salmağı ilə...

 

Çəkilən kadrların hər epizodunda sən yanımızda idin qəhrəmanım. Nur qoxulum, sən bapbalaca ürəyində bu böyüklükdə Vətən sevgisini necə yerləşdirmişdin? Bu sevginin şöləsini yolumuza necə saçdırdın, əbədiyaşayanım? İçimdə olan bu suallara yəqin ki, sənin zirvənin ucalığını tam dərk edərkən cavab taparam. İndi isə halal et, igidim, sənin sevginin gücünü özümüz düşündüyümüz, fikirləşdiyimiz kimi verdiyimiz üçün. Halal et, kiçik yaşınla əbədiyaşarlıq qazanmağının içimizdəki kimi ifadəsi üçün. Halal et...

 

Filmdə bədii hissələri qiraət formasında, səsinin ecazkar təlatümünə qərq edən Müşfiqə Baləddinqızına, şeirləri səsləndirilmiş istedadlı söz yazarları - Xəyalə Sevilə, Elcin Məmmədova və Elməddin Mətləbə öz təşəkkürümüzü bildiririk. Göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Ə.İslamovun təhsil aldığı 75 saylı məktəbin və 13 saylı peşə litseyinin kollektivinə, Lənkəran rayon Cil kənd orta məktəbinə öz təşəkkürümüzü bildiririk. Texnixi dəstəyə görə hər zaman arxalandığımız Hacı Rövşən Əhmədliyə çox sağ olun deyirik. Şəhidlərimizin müqəddəs adını tutaraq, yolumuza davam...

Mehriban Sadıqova
/Filoloq/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı