Uşaqlarla bağlı yeni sənəd hazırlanıb

13:56 18-06-2019 | icon 425 | Cəmiyyət
Uşaqlarla bağlı yeni sənəd hazırlanıb

Ombudsman Aparatı uşaqlara qarşı təcavüzün aradan qaldırılması ilə bağlı sənəd hazırlayaraq Milli Məclisə təqdim edib.

 

Versus.Az xəbər verir ki, bunu İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

 

E.Süleymanova əlavə edib ki, Azərbaycanda insan hüquqlarının qorunması üzrə 3 əsas strateji sənəd qəbul edilib. İndiyədək Ombudsman təsisatı tərəfindən dövlət qurumlarına 700 təklif verilib. Onların əksəriyyəti icra edilib.

Müvəkkilin sözlərinə görə, indiyədək Azərbaycanda 11 amnistiya aktı qəbul edilərək on minlərlə insana şamil olunub.

 

E.Süleymanova bildirib ki, ölkəmizdə insan hüquqlarının təmin edilməsi, qanunun aliliyinə hörmət daxili sabitlik üçün zəmin yaradıb. Ölkə prezidenti tərəfindən həyata keçirilən islahatlar nəticəsində əhalinin minimum əməkhaqqı, pensiyası artıb.

 

Ombudsman əlavə edib ki, bütün dünyada sülhün bərqərar olunması üçün əməkdaşlıq faydalıdır:

"Sülh hər bir xalqın arzu və istəyidir. Bu, Azərbaycan dövlətinin da istəyidir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür