Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı - II yazı

07:32 20-06-2019 | icon 997 | Cəmiyyət
Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı - II yazı

Yüksəl Mehmet İzzət: “Atam həbs olunduğu gündən 7 ay boyunca harada olduğunu bilmədik”

 

II yazı

(əvvəli ötən sayımızda)

 

Yüksək Mehmet İzzətin dediklərindən:

“Yuxarıda qeyd etdiyim kimi həbs olunmamışdan öncə də atama, ailəmizə Səddam rejimi tərəfindən basqılar olurdu. Onların məqsədi atamı ailəsi, övladları ilə qorxudmaq, bu yolla  ideyalarından əl çəkdirmək idi. Hələ gənclik illərindən Kərkükün milliyyətçi gəncləri ilə bir qrupda fəaliyyət göstərirdilər. Dediyim kimi, dövlətə qarşı çıxmırdılar, bu torpaqlardakı varlıqlarını sübut etmək idi onların mücadiləsi. Səddam türkmənlərə nifrət edirdi. Onun siyasətində türkmənlərin əhali sayının azaldılması, bizə öz kimliyimizi unutdurmaq əsas istiqamətlərdən biri idi. Bu barədə danışacagam.

Atamın həbs olundugu gün indiki kimi yadımdadır. Əvvəllər də belə hallar olmuşdu. Bəzən mən dərsdən gələndə bir neçə nəfər arxamca gələrdi, atamı soruşurdular. Əlbəttə, düşünürdülər ki, məktəbli bir qız bununla qorxuzurlar. Atamı tutub aparırdılar, onun harada oldugu barədə xəbər ala bilmirdik, bir müddət sonra buraxırdılar. Həmin gün də elə oldu. Dedim ki, atam evdə yoxdur, cavabında məni tutacaqları ilə hədələdilər. Atam onların qarşısına hər dəfə mərd, kişi kimi çıxırdı. Anam da çox qorxmuşdu, bacım və qardaşlarım da kiçik yaşda idilər. Amma bu gediş əvvəlkilərinə bənzəmədi. Həmin gündən düz yeddi ay atam haqqında bir kəlmə belə xəbər ala bilmədik. Ailəmizə də təzyiqlər davam edirdi. Bu dəfə isə düz yeddi ay atamdan xəbərsiz qaldıq. Hara üz tuturduqsa, hansı qapını döyürdüksə atam barədə bir kəlmə xəbər ala bilmirdik. Anam beş uşaqla çox narahat idi. Bilmirdi bizi ovundursun, ya necə qorxdugunu, narahat oldugunu hiss etdirməsin. Mən hər şeyi anlasam da, bacım Zümrüd, kiçik yaşlı qardaşlarım aglayır, atamın yolunu gözləyirdik. Yeddi aydan sonra bildik ki, atamı həbs ediblər, Əbu – Qreyb həbsxanasında saxlanılır. Heç bir günahı olmayadıgı halda işgəncə verilir...”.

 

Haşiyə: Əbu – Qreyb o həbsxana idi ki, biz adını yalnız 2003 – cü illərdə eşitdik. İraq əhalisi üçün isə Əbu – Qreyb Səddamın zindanı demək idi. İraqlıları ora həbs etmirdilər, işgəncə, zülm edirdilər, yerli əhali arasında Səddamın ölüm, edam zindanı idi. Kiçik hücrələrdə on – on beş nəfər bir yerdə saxlanılırdı bəzən. Gün işıgına həsrət qalan insanlar həmin ölüm kameralarının kiçik olması səbəbindən addım ata bilməzdilər. Əbu – Qreyb zindanına həbs edilənlərin yenidən azadlıga çıxması möcüzə idi. Ya edam olunurdular, ya işgəncə ilə öldürülürdülər, ya da zəhərləyirdilər, azadlıga çıxsalar belə çox yaşamırdılar, ömürlük şikəst olurdular. Onların arasında tək suçları türkmən olanların sayı çox idi. Kərkük, Türkmənelinin böyük oglu Mehmet İzzət Həttatı da Səddam rejimi zəhərlədi, hər şeyə rəgmən ömrünün sonuna qədər dik duruşu, ayaqda durması ilə yadda qaldı....

 

“Atam məhkəməyə çıxarılmamışdan bütün mal varlıgımıza əl qoydular”

 

Yüksəl xanımın dediklərindən:

“Yeddi ay boyunca atama olmazın işgəncələr vermişdilər, onun qarşısına Kərkükdən köçüb getməsi şərtini qoymuşdular. Bütün əzab - əziyyətlərə rəgmən atam atam o dik duruşunu pozmamışdı, son nəfəsini Kərkükdə verəcəyinə yemin etmişdi. Yeddi aydan sonra onu ilk dəfə görən də çox arıglamışdı, zəifləmişdi, yorgun idi. Amma bunların heç birini bəlli etmirdi. Əksinə, həmişə oldugu kimi bizimlə, həbsdə olan, ya da Səddam rejiminin qurbanına çevrilən dostlarının ailələri, uşaqlar ilə maraqlanırdı, bizim, onları durumunu soruşurdu. Atamdan xəbər almadıgımız yeddi ay müddətində bizi həm evimizdə, həm məktəbdə rahat buraxmadılar. Tez – tez evimizə tanımadıgımız, fərqli adamlar gəlirdi, sorgu – suala tuturdular. Durumumuz həmişə yaxşı olmuşdu, atam bizə heç nədən korluq verməzdi. İki mərtəbəli böyük, bagçalı evimiz var idi. İçərisi də əşyalarla dolu idi, divanlar, kreslolar, xalçalar, hər şeyimiz vardı. Evimizə gələn adamlar deyirdilər ki, bu zənginlik, mal varlıgı haradandır? Niyə peşəsi müəllimlik olan bir türkmənin evində heç nədən əskiklik yoxdur və s. suallar. Mən onların heç bir sualı qarşısında açiz qalmırdım, atamın uzun illər şərəfli müəllimlik fəaliyyətindən, hər şeyə öz zəhməti ilə nail olmasından danışırdım. Əlbəttə, dediklərim onların xoşuna gəlmirdi.... Bizim üçün atamın həbsindən dəhşətli, üzüçü heç nə ola bilməzdi. Bütün bunları yaşayarkən atamın məhkəməsi olmamış bütün mal varlıgımıza əl qoydular, evimizi boşaltdılar. Bu günə qədər də geri qaytarmadılar”.

 

Səddam Hüseyn hakimiyyətə gəldikdən sonra İraqda BAAS partiyasının üzvü olmayanlara “xalq düşməni” kimi baxırdılar. Hələ gənc yaşlarından yaşından asılı olmayaraq bütün türkmənlərin müəllim (Hoca) deyə müraciət etdikləri Mehmet İzzət Həttat hər zaman deyərdi ki, bizim yalnız bir məfkurəmiz, yolunuz var, onun da adı türkçlükdür. Qeyd edim ki, “Kərkük türkdür, türk qalacaq” deyimi də Hocaya aiddir. O həbs edildikdən sonra təkcə ailənin mal varlıgına əl qoymadılar, yuxarıda qeyd edildiyi kimi, övladları məktəbdə təzyiqlərlə qarşılaşdılar. 1981 –ci ildə Mehmet İzzət Həttata yeddi il həbs cəzası verdilər. 

 

Yüksəl xanımın dediklərindən:

“ Atam həbs olunduqdan sonra bütün düzənimiz pozuldu. O, bizim təkcə atamız deyildi, həm də ən yaxın dostumuz, sirdaşımız idi. Evin böyük övladı oldugum üçün hər şeyi çox yaxşı xatırlayıram. Bütün həyatı boyu düzənə böyük önəm verirdi. Həmişə tərtəmiz, səliqəli, əsl müəllim kimi geyinərdi. Əlbəttə, burada anamın da rolu böyük idi. Bütün ailənin bir süfrə ətrafında yemək yeməsini çox sevirdi. Yadımdadır, işdən gələndən sonra, yuyunardı, dəstamaz alardı, namazını qılardı, sonra hamımız birlikdə anamın açdıgı süfrədə axşam yeməyi yeyərdik. Yeməkdən əvvəl isə mütləq yemək duasi  oxuyardı. Gözəl, milli Kərkük yeməklərini sevirdi. Dərslərimizlə maraqlanar, günümüzün neçə keçdiyini anladardıq. Çox maraqlı söhbətlər edərdi, yeni yazdıgı hoyratları, şeirləri oxuyardı. Bunları da yanında türk, dünya ədəbiyyatından söhbət açardı.  Atam həmişə bizdən xəbərsiz məktəb çantamıza pul qoyardı. O vaxtın pulu ilə 100 dinar böyük pul idi. Həmişə deyirdi ki, qarşınıza bir yoxsul çıxar, kiminsə yeməyə, geyimə ehtiyacı olar, paylaşın, dostlarınızla bölüşün, amma bütün bunları çatdırmadan edin. Ozü də paylaşardı, yardımsevər idi. Amma bunu heç vaxt açıq şəkildə etməzdi, kiməsə deməzdi. Hətta yardım etdiyi insanlara da elə təqdim edərdi ki, onlar bundan utanmasın. Əl tutdugu, kömək etdiyi elə insanlar, ailələr vardı ki, biz bunu çox sonralar, atam rəhmətə gedəndən sonra onların, ya da övladların söhbətləri zamanı bilirdik. Heç də təəccüblənmirdik, çünki atamızın hansı xarakter sahibi oldugunu gözəl bilirdik”.

 

“...Mənə ehtiyacı olan ailələrə yardım etməyi tapşırırdı”

 

Nə qədər agır şəraitdə olsa da, həbsxana illərində də öz inancından, milli davasından bir an olsun belə əl çəkmədi. Yüksəl abla deyir ki, dörd divar arasında da onunla birlikdə həbs həyatı yaşayan dostlarıyla mübarizələrini davam etdirirdilər: “Bütün çətinliklərə baxmayaraq milli dava yolunu tutan türkmən gəncliyi üçün həbsxanada da yol göstəricisi oldu. Yanına gedəndə mənə qələm, kagız gətirməmi xahiş edirdi. Bunun nə qədər çətin oldugunu bilsə də, eyni zamanda da mənim bacaracagımı da bilirdi. Agrısa da, edilən işgəncələr ona əziyyət versə də, bunu bəlli etməməyə çalışırdı. Yanında oldugum müddətdə onunla birlikdə həbsdə olan dostlarının ehtiyacı olan şeylərin adlarını yazıb verərdi ki, gələn dəfə alıb gətirim. Məsələn, kiminin corabı, geyimi və s. rhtiyacı vardı, amma ailəsi ola bilmirdi. Bundan başqa da Səddam rejiminin qurbanı olan dostlarının ailələri var idi. Onların adlarını verirdi ki, evlərinə gedib, ziyarət edək. Yadımdadır, ərəb əsilli bir qonşumuz var idi, çox yaxşı insanlar idilər. Atam deyirdi ki, onun altı kiçik yaşlı uşagı var, ehtiyac içərisindədirlər. Mütləq gedib onlara baş çəkin, nə lazımdırsa, alın aparın...”.

 

Haşiyə: Burada bir nüansı qeyd etməyə bilmərəm. Türkiyədə olarkən   “İraq Türkləri Kültür və Yardımlaşma Dərnəyi”nin Ankara şöbəsinin başkanı Neçmettin Canabazla görüşüb, reportaj hazırlayırdım. Yüksəl abla barədə danışanda Neçmettin bəyin dediyi sözləri xatırladım: “Mehmet İzzət Həttatla atam çox yaxın dost idilər. O, həbsdə olanda atam yeni rəhmətə getmişdi. Ailəsi onun görüşünə gedəndə bizi tapşırıb deyir ki, onun uşaqları balacadırlar, ehtiyacları da var. Buradan çıxandan sonra onlara gedin, tək qoymayın. Özləri deməsə də, nə lazımdırsa, kömək edin”. Necmettin abi dedi ki, təsəvvür edin ki, adam həbsdə necə agır şərtlər altnda yaşayırdı. Ailəsi onu yoxlamaga gəlir, o, isə özü barədə düşünmür, bizim durumumuzla maraqlanırdı, narahat olurdu...

 

““Xalqımın dilini bal kimi sevirəm” deyimi indi də Kərkükdə məşhurdur”

 

Həbs də belə yaradıcılığını davam etdirirdi. Yüksəl abla deyir ki, bir çox İraq türkmən şairləri kimi atam da ədəbiyyata hoyratlar (laylalar) yazmaqla başlamışdı. Sonradan isə saysız – hesabsız şeirlərin müəllifi oldu, şeirləri dillər əzbəri idi: “Şeirlərində və hoyratlarını xalq dili ilə yazırdı, yad sözlər işlədməyi sevmirdi, İraq Türkmən agzı bütün əsərlərinin ana xətti idi. “Xalqımın dilini bal kimi sevirəm”  ifadəsi indi də Kərkükdə məşhur bir deyimdir. Şeir və hoyratlarını xalqına həsr edirdi, bütün yazdıqlarının dərin, düşündürücü, fəlsəfi anlamı vardı. Sətiraltı olaraq xalqının üzləşdiyi çətinlikləri, türkmənlərin əyilməzliyini, mücadiləlrini, torpaq, yurd sevgisini qələmə alırdı”.

 

Onun yazdıgı şeirlərə Azərbaycanda da çox sevilən böyük söz və səs sənətçisi Abdulvahit Kuzəçioglu mahnılar bəstələmişdi. Deyirdi ki, şerin silah qədər bir etkisi var: “Bir çok insan quru əkməy və şerlə dolana bilir. Örnəyi Kərkük havası, quru əkməy və şer mənə yetər” Şeirləri, höyratları bu gün də Kərkükdə, Türk Dünyasında dillər əzbəridir.

 

Ölüm Destanı


Allaha ibadet eyle, geceler yatma ölüm var
Fısk içere yazıktır ömrünü sen, çürütme ölüm var

Gün doğmadan eyler rızkını tedbir kurt kuşun Allah
Bilerek öz nefsini tehlikeye atma ölüm var

Hiç durmadan uğraş gece gündüz, ama haram etme
O haram lokma seni rızkına sen katma ölüm var

Terazidir Müslümana şeriat dar dünyada
Zineti dünya için vicdanını satma ölüm var

Miskine sevgi muhabbet, yoksula yardım gerekir
Yetimin malı zehirdir, hazer et yutma ölüm var

Köşkünde bulaklar, mücevher eğer altın akarsa
Arkanca dolaşır her gün ecel, unutma ölüm var

Riyakâr fasık adamlar müminlerin şeytanıdır
Haktan ayrılma kıl karar, eğri yol tutma ölüm var

Vallahi yapmaz ol kırılan bir gönülü bir insan
Düşmanı af eyle bile, fenalık etme ölüm var

Mahşerde şefaat sana kılmaz evlat ile malın
Batılın perdesini hak yüzüne örtme ölüm var

Kurulur bir köprü, geçer cennete salih olanlar
Şeytan seni davet eder evlere, gitme ölüm var

Nifak insana belalar, gaybat, nedamet getirir
Bu fani dünyada Hattat kendini aldatma ölüm var.

 

Səddam rejimi anladı ki, nə həbsxanadakı işgəncələr, nə ailəsinə edilən basqılar, mal varlıglarına əl qoyulması onu yolundan döndərə bilmir. Bir gün Yüksəl məktəbdən evə dönəndə tanımadıgı adamlar onun üzərinə maşın sürdülər. Son anda qurtula bildi. Bu Səddam rejiminin türkmənlərə, Mehmet İzzət Həttatın ailəsinə yeni basqı “metodu” idi …

 

(ardı var)

 

Ağanisə Sultan
/Ankara, Türkiyə/

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı