“Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır”

07:59 20-06-2019 | icon 672 | Sağlamlıq
“Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır”

Qənirə Paşayeva: “Həkimlərin yol verdiyi səhv və səhlənkarlığa görə cəza mexanizmləri daha da ciddiləşdirilməlidir”

 

Millət vəkili, Milli Məclisin səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva “Pasiyentlərin və tibb işçilərinin hüquqları” mövzusunda dinləmələrdə və sənədin müzakirəsində çıxış edərək bir sıra vacib təkliflər irəli sürüb və bütün xəstəxanalarda klinik tibbi protokolların mütləq olmasının lazımlığını vurğulayıb.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili bildirib ki, klinik tibbi protokolların bütün xəstəxanalarda mütləq olmasını tələb edən yanaşma həm qanunvericilikdə öz əksini tapmalıdır, eyni zamanda onun tətbiqinə ciddi nəzarət müxanizmlərini müvafiq icra hakimiyyəti qurumları həyata keçirməlidir. Xəstəxanalarda klinik tibbi protokolların olmaması pasiyentlərin hüquqlarının müdafiəsi məsələsinə, eyni zamanda icbari tibbi sığortanın tətbiqinə öz mənfi təsirini göstərəcək. Bu gün xəstəxanalarda ən vacib məsələlərdən biri klinik tibbi protokolların olmaması ilə bağlıdır.

 

Qənirə Paşayeva deyib ki, pasiyentlərin, xəstələrin hüquqlarının qorunması sahəsində həm qanunvericilikdə yeni qanun layihəsinin qəbulu, həm də bu sahəyə cavabdeh qurumların öz işlərini daha da gücləndirmələri çox vacibdir:

 

“Pasiyentlər, xəstələr ilə tibb işçiləri, tibb müəssisələri arasında narazılıq doğuran məsələlərin məhkəmə müstəvisində həlli üçün də klinik tibb protokollar istinad sənədi rolunu oynayır, ona görə də onun bütün xəstəxanalarda tətbiqi vacibdir. Eyni zamanda  bu gələn ildən geniş tətbiq olunacaq icbari tibbi sığorta ilə bağlı çox vacibdir”.

 

Millət vəkili bəzi həkimlər tərəfindən yol verilən  səhlənkarlıq, peşə vəzifələrini layiqincə yerinə yetirməməsi, bu səbəbdən xəstənin sağlamlığına vurulan ciddi zərərlər barədə də danışıb. Bildirib ki, həkimlərin yol verdiyi səhvlər və səhlənkarlığa görə cərimə və cəza mexanizmləri daha da ciddiləşdirilməlidir və bütün bunlar qanunvericilikdə öz əksini tapmalıdır.

 

Millət vəkili Q.Paşayeva rayonlarda, bölgələrdə təcili tibbi yardım həkimlərinin xahişlərini də diqqətə çatdırıb və iş başında təcili tibbi yardım həkimlərinin və personalının bəzi hallarda xəstənin yaxınları tərəfindən üzləşdikləri təzyiq, zorakılıq hallarından danışıb, bunun yolverilməız olduğunu diqqətə çatdırıb. O, bu cür vəziyyətin təcili tibbi yardım həkimləri və personalı ilə bərabər, gün içərisində təcili tibbi yardım gözləyən xəstələrə də zərər vurduğunu söyləyərək, bu məsələlərin qarşısınını alınması istiqamətində addımlar atılmasnın vacibliyini vurğulayıb:

 

“Təcili tibbi yardım həkimlərinin və personalının xətası və səhlənkarlığı varsa, onun cəzalanması üçün hüquqi yollara əl atılmalıdır, amma iş başında olan təcili tibbi yardım həkim və personalına qarşı təzyiq və zorakılıq halları baş verirsə, bu, belə vəziyyətlə üzləşən təcili tibbi yardım heyətinin digər xəstələrə yardım göstərmə keyfiyyətinə təsir göstərə bilər və bunu hamımız diqqətə almalıyıq”.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı