İstedadlı Əlillər İB sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

08:40 21-06-2019 | icon 726 | Cəmiyyət
İstedadlı Əlillər İB sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

İstedadlı Əlillər İctimai Birliyi Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub.

 

Versus.Az xəbər verir ki, bu barədə İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidmətinin məlumatında bildirilib.


“İstedadlı Əlillər” İctimai Birliyinin və Həmvətənlərə Dəstək İctimai Birliyinin kollektivi Əmək və Əhalinin Sosial Müdafisi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun tabeçiliyind olan Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub. Qonalar daim diqqət və qayğıya ehtiyaçı olan uşaqlara yaradılan şəraitlə əyani tanış olublar.

 

Müəssənin rəhbəri Pərvanə xanım mərkəzin fəaliyyəti haqqında geniş məlumat verərək qeyd edib ki, müəssəsində 170-ə yaxın sosial xidmətə ehtiyacı olan əqli cəhətdən və sağlamlıq imkanları məhdud uşaqlar yaşayır:

"Onlar tam olaraq dövlət təminatındadılar, hər cür diqqət və qayğı ilə əhatə olunublar. Mərkəzdə uşaqların hərtərəfli inkişafı üçün ixtisaslaşmış işçi heyyəti çalışır”...


Mərkəzlə ümumi tanışlıqdan sonra burada yaşayan uşaqlarla görüşən qonaqlar onlarla fərdi yanaşma qaydasında ünsüyyət yaratdılar, onların istək və arzulaın dinlədilər.


Görüşün təşkilatçısı İstedadlı Əlillər İctimai Birliyinin sədri Cavad Qasımov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, həyata keçirilən sosialyönlü layihələri haqqında danışıb:

“Bugünkü görüşümüz də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə Abşeron rayonunda yaşayan sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılan “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi” adlı layihəmizin tərkib hissəsidir. Layihənin məqsədi uşaqların Dövlət uşaq müəssələrinə düşməsinin qarşısının alması, uşaqların koqnitiv bacarıqlarını inkişaf etdirməsi, sosial-psixoloji dəstək, ailələri marifləndirərək səlahiyətləndirmək, onların sosial xidmətə çıxışını təmin etmək, sosial işin təşkili vasitəsilə bu qəbildən olan ailələrə dəstək olmaqdan ibarətdir. Artıq Xırdalan şəhərində “İcma əsaslı sosial reabilitasiya xidməti mərkəzi” iki aydır fəaliyyət göstərir. Fəaliyyətimiz həm Xırdalan şəhərini, həm də Abşeron rayonunun kəndlərini əhatə edir. Düşünürük ki, Dövlətin həyata keçirdiyi sosial siyasətin səmərəli inkişafında qeyri-hökumət təşkilatlarının fəal iştrakı vacibdir. Bu məqsədlə Dövlət qurumları ilə əməkdaşlıq edərək iş aparmaq, layihələr gerçəkləşdirmək sosial siyasətin səmərəli inkişafına xidmət edir”.

 

Cavad Qasımov tədbirin təşkilinə dəstək olan 2 saylı sosial xidmət müəssisəsinin rəhbərliyinə, Həmvətənlərə Dəstək İctimai Birliyinin sədri Elmar Hüseynova, Yeni Azərbaycan Partiyasının Abşeron rayon şöbəsinin sədrinə, Xırdalan şəhər 9 saylı tam orta məktəbin kollektivinə təşəkkürünü ifadə edib.

 


Tədbir mərkəzin yeməkxanasında qonaqlar tərəfindən uşaqlar üçün təşkil olunan nahar süfrəsi ətrafında davam etdirilib. Mərkəzdə yaşayan uşaqların ifasında musiqi proqramı iştrakçılara xoş təsir bağışlayıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI