Türkiyənin tanınmış şair, yazar və aydınları ilə görüş

18:35 21-06-2019 | icon 659 | Cəmiyyət
Türkiyənin tanınmış şair, yazar və aydınları ilə görüş

IX Şairlər günü çərçivəsində ölkəmizə səfər etmiş Türk dünyasından olan şair, yazar, aydınlar millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva ilə görüşüblər.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və toplumlarımızın, böyüyən gənc nəsillərimizin və  dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türk dünyasının şair, yazar və ziyalıları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini də vurğulayıb. Türk dünyasından gəlmiş  türk yazar, şair və aydınlar ilə görüşdə Q.Paşayeva ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq deyib. Bu məsələdə yazarların, şairlərin, yazarların, aydınların üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili onları yaradıcılıqlarında bu mövzulara daha geniş yer verməyə çağırıb.

 

Q.Paşayeva görüş zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışıb. Bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır:

 

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ziyaların, aydınların üzərinə çox böyük missiya düşür və daha fəal olmalıyıq.

 

Azərbaycana səfər etməkdən məmnuniyyət duyduğunu deyən Türk dünyasından olan şair, yazar, aydınlar hər zaman Azərbaycanın yanındayıq deyiblər və geniş fikir mübadiləsi aparılırb.

 

Görüşdə “Regional Hüquqi bə İqtisadi Ma­arif­lən­dirmə” İB-nin sədri Arzu Bağırova iştirak edib.

 

KGK Küresel Gazeteciler Konseyinin rəhbəri Mehmet Ali Dim və dərnəyin üzvü Elşad Eyvazlı millət vəkili Q.Paşayeva ilə görüşüblər, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə qardaşlığı, əlaqələri, əməkdaşlığı, Qarabağ həqiqətləri, Xocalı soyqırımı mövzuları ətrafında, həmçinin KİV arasında əməkdaşlığın daha da artırılması ilə bağlı geniş fikir mübadiləsi olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür