Prezident İlham Əliyevə açıq məktub

18:51 22-06-2019 | icon 1660 | Cəmiyyət
Prezident İlham Əliyevə açıq məktub

Layiqli insanlara qiymət verilməsi dövlətimizin təhlükəsizliyinə töhfələr verəcək

 

Hörmətli cənab Prezident! Sizin güc strukturlarının rəhbərlikləinə son təyinatlarınız Azərbaycan ziyalılarında ümidlər yaradıb. Sizin ən uğurlu və böyük təyinatınız daxili işlər naziri, general-polkovnik Ramil Usubovu Təhlükəsizlik Şurasının katibi təyin etməyiniz oldu.

 

Ramil Usubov Azərbaycan dövlətinə sədaqətli bir insandır. Onun dövlətimizin təhlükəsizliyinin təmin edilməsində böyük xidmətləri var!

Ramil Usubov respublikamızda əmin-amanlığın yaradılması prosesində həm Prezident Heydər Əliyevə, həm də Sizə sədaqətlə xidmət etməklə ad çıxarıb!

Ramil Usubovu fərqləndirən cəhətlərdən biri həm də onun öz peşəsinə sədaqəti olub.

 

Bu gün torpaqlarımızın azadlığı, Ermənistanın təcavüzünün aradan qaldırılması, ölkəmizdə əmin-amanlıq yaradılması, sabit inkişafın təmin edilməsi üçün Ramil Usubov kimi bir insana ehtiyac vardı. Siz Ramil Usubovu Təhlükəsizlik Şurasının katibi təyin etməklə ölkəmizdə əmin-amanlığın möhkəmləndirilməsi, sabit inkişafın təmin edilməsi yolunda hamının ürəyincə olan uğurlu addım atdınız!

Arzu edirik ümidlərimiz reallığa çevrilsin!

Ramil Usubova Sizin rəhbərliyinizlə böyük uğurlar arzulayıram!

Arzu edirəm Ramil Usubov dövlətimizə və Sizə sədaqətlə xidmət edən insanların qiymətləndirilməsi istiqamətində də böyük işlər görsün!

Bu gün Azərbaycanın dövlət strukturlarında, elmdə, təhsildə və s. yüksək və adi vəzifələrə yolları bağlanan, layiqlərin layiqi olan insanlar, mütəxəssislər və alimlər var.

 

Dövlətimizə və Sizə ləyaqətlə xidmət edən insanların qiymətləndirilməsi Sizin tərəfdarlarınızın, Sizi sevənlərin artmasına, Dövlətimiz uğrunda ürəklə çalışan insanların artmasına, hamının dövlətimizi və sizi sevməsinə stimul yaradacaq.

Dovlətə və Prezidentə xidmət edən insanların qiymətləndirilməsi, onların layiq olduqları vəzifələrə təyin edilməsi, onlara yüksək titulların verilməsi dövlət quruluşundan asılı olmayaraq bütün dövlətlərdə adi və mühüm normalardan biridir. 

Dövlətimizə və Sizə sədaqətlə xidmət edən insanların qiymətləndirilməməsi, onların gördükləri işləri görməməzliyə vurmaq olduqca pis nümunələr yaratmaqla Dövlətimizin Təhlükəsizliyinə potensial təhlükə yaradır.

 

Layiqli və təşəbbüskar insanların, dövlətimizə və Sizə ləyaqətlə xidmət edən insanların qiymətləndirilməsi Azərbaycan Respublikasının Təhlükəsizliyinə, dövlətimizin inkişafına, ölkəmizdə sabitliyə və əmin-amanlığa,   

torpaqlarımızın işğaldan azad edilməsinə töhfələr verəcək.

 

Qüdrət İsaqov
/ Prof.Dr./

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol