Mən yaxşı adam olsaydım, sən bu vəziyyətdə olmazdın...

19:31 22-06-2019 | icon 686 | Cəmiyyət
Mən yaxşı adam olsaydım, sən bu vəziyyətdə olmazdın...

"Torqovıy" ilə gedirdim. Arxadan "dayı..." sözü eşitdim. Əhəmiyyət verməyib davam elədim. Mən addımladıqca səs yenə gəlirdi: "Dayı, ay dayı..."

 
 
Fikirləşdim, küçə avarasıdı, pul istəyir. Hirslə dayandım. Çevrilib "nə istəyirsən?" soruşdum. Arıq, uzun oğlan idi. 
 
- Dayı, ay dayı, acam, mənə "Bravo"dan çörəklə su ala bilərsən?
 
Əynində nimdaş finka və futbolka, cırıq krossovka...
 
Girdik "Bravo"ya.
 
Əsirəm...Ağlayıram...
 
Dedim, dönər alacam sənə, kola və ya fanta götür. Əl uzadıb ən kiçik qablaşdırmada olan kolanı götürdü...xərcə salmaq istəmədi məni.
 
- Gedək, sənə dönər alım.
 
- Dayı, dönərin puluna 2 gün qarnımı doyuraram.
 
Özümə nəzarəti tam itirdim.
 
 
Əsirəm, ağlayıram...
 
Hayqırtı çıxdı məndən. Mühafizəçi yaxınlaşıb nə olduğunu soruşdu.
 
Dedim qurban olum, buna kömək eləyin, fəhlədən-zaddan işləsin, internatdan çıxıb, qalmağa yeri yoxdu.
 
Adı Kənandı. Valideynləri sonuncu dəfə 2 yaşı olanda ziyarətinə gəliblər. Xatırlamır onları, tanımır.
 
Mühafizəçiyə dedi: "Dayı, tanıdın məni? O gün yerdən 100 manat pul tapıb verdim sənə". 
 
Mühafizəçi üzünə baxıb tanıdı. Yerdən tapdığı 100 manatı cibinə qoymamışdı Kənan. Mühafizəçi dedi ki, "Megafun"ın yanındakı "Azpetrol"a get, tapşıracam səni.
 
 
Marketdən çıxıb "Avtoş" dönərə getdik. Soruşuram,  toyuq istəyirsən, ya ət? Çörək, ya lavaş? Deyir, ucuzu hansıdısa, ondan.
 
Tarqovıdakı skamyada oturduq. Dönəri yarıdan kəsib paketə qoydu.
 
Soruşuram: - Neynirsən? 
 
Deyir: - Bu günün sabahı da var, axı.
 
 
Telefonu yoxdu. Gecələr Torqovıda gəzir. Səhər metro açılan kimi içəri daxil olub vaqonda oturaq vəziyyətdə yatır.
 
 
Ayaqqabı ölçümüz fərqlidi, paltarlarım isə olar ona.
 
Tapşırdım 1-ci gün işimə gəlsin. Evdən geyindiklərimi yığıb verəcəm. 
 
Bir az da pul verdim ki, gecəni ucuz, daxma kimi evlərdə keçirib, ayağını uzadıb normal yatsın.
 
 
Sağollaşanda dedi, arzum gələcəkdə xeyriyyə fondu yaratmaqdır. İnternat uşaqlarına kömək eləyəcəm. Mənə dedi, dayı, sən yaxşı adamsan. Hər adam eləmir bunu. Dedim yox, Kənan, mən pis adamam, əclafam mən. Mən yaxşı adam olsaydım, sən bu vəziyyətdə olmazdın. /qadinkimi.com/
 
 
Ceyhun Rzayev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR