Bu xəstəliyin müalicəsi erkən başlandıqda sağalma ehtimalı yüksək olur

10:39 23-06-2019 | icon 6739 | Sağlamlıq
Bu xəstəliyin müalicəsi erkən başlandıqda sağalma ehtimalı yüksək olur

Nərminə Abbasova: “Heyvanlarla və heyvan cəsədləri ilə təmasda olanlar şəxsi gigiyena qaydalarına riayət etməlidirlər”

 

Yay ayları süd məhsullarının daha çox istifadə edildiyi fəsillərdəndir. Nə qədər rahat qida kimi görünsə də, süd məhsullarından ehtiyatlanmamaq da olmur. Çünki məhz bu qidalar çoxlarının vahiməylə qarşıladığı xəstəliyə yol açır.

 

Beləliklə, Versus.Az-ın sağlamlıqla bağlı bugünkü mövzusu Bruselyoz xəstəliyidir. Həkimimiz terapevt Nərminə Abbasova bu xəstəliyin törədicisindən, əlamətlərindən, bu xəstəlikdən qorunmağın yollarından bəhs edəcək.

 

Həkim öncə onu qeyd etdi ki, Bruselyoz xəstəliyi xəstə heyvanlardan insana keçən və daha çox sümük oynaq sistemini-dayaq-hərəkət aparatını zədələyən yoluxucu xəstəlikdir:

 

“Xəstəliyin törədicisi Brucella adlanan bakteriyalardır. Bruselyoz xəstəliyi bir çox hallarda insan sağlamlığına ciddi və davamlı zərər yetirir. Vaxtında müalicə olunmadıqda iş qabiliyyətinin uzun müddət ərzində itirilməsinə və hətta əlilliyə səbəb ola bilər.

Bruselyoz xəstəliyi zamanı cinsiyyət və sidik-ifrazat sistemi də zədələnə bilər. Nadir hallarda xəstəlik ölümlə nəticələnir”.

 

Bir çox heyvan növlərinin bruselyoza yoluxmasının mümkünlüyünü vurğulayan N.Abbasova bildirdi ki, qoyunlar, keçilər, iri buynuzlu heyvanlar və donuzlar insanların bu xəstəliyə yoluxması baxımından daha çox təhlükə kəsb edirlər:

 

“İnsanlar bruselyoz xəstəliyinə qaynadılmamış və ya pasterizə olunmamış süd və belə süddən hazırlanmış qida məhsullarını - pendir, xama, yağ, qaymaq və s. istifadə etdikdə, xəstə heyvanla təmas zamanı, heyvanın kəsilməsı, emalı, yununun qırxılması, balasalma və ya balalama zamanı yardım göstərilməsi, heyvanlara qulluq edilməsi zamanı yoluxa bilər. Bruselyoz törədicisinin hava-toz və ya aerozol yolla yayılması da mümkündür. Məsələn, qeyri-sağlam təsərrüfatlarda və ya laboratoriyalarda insanların çirklənmiş hava ilə nəfəs alması. Lakin, belə yolla bruselyoz xəstəliyinə yoluxma çox nadir hallarda baş verir”.

 

Normal olaraq hər kəs hər hansı bir xəstəlik haqqında eşidəndə ilk öncə onun əlamətləri ilə maraqlanır. Bu baxımdan həkim-terapevt Bruselyoz xəstəliyinin əlamətlərini sadaladı:

 

Xəstəliyin əlamətləri insan bu infeksiyaya yoluxduqdan 5-60 gün sonra büruzə verə bilər. Bruselyoz xəstəliyinin əlamətləri dalğavari hərarət, titrətmə və üşütmə, üfunətli tərləmə, zəiflik və halsızlıq, bel nahiyəsində və oynaqlarda ağrılar, oynaqların şişməsi, iştahsızlıq və çəkinin azalması ilə özünü göstərir. Depressiya-ruh düşkünlüyü, yuxunun və diqqətin pozulması da əlamətlərdən ola bilər. 5 gündən artıq davam edən hərarət və xəstəliyin qeyd olunan əlamətləri müşahidə olunduqda, ailənizdə bruselyoz xəstəliyinə yoluxmuş şəxs olduqda dərhal həkim-infeksionistə müraciət etmək lazımdır”.

 

Bəs görəsən Bruselyoz xəstəliyi müalicə olunurmu? Nərminə xanım bildirdi ki, bruselyozun müalicəsi erkən başlandıqda sağalma ehtimalı daha yüksək olur:

 

“Xəstəliyin klinik formasından asılı olaraq müalicə bir neçə həftədən bir neçə aya qədər davam edə bilər. Xəstəliyin erkən aşkar olunması və müalicənin vaxtında başlanması xəstəliyin xroniki hala keçməsinin və baş verə biləcək əlilliyin qarşısını alır”.

 

Bruselyoz xəstəliyindən necə qorunmağın mümkünlüyünə gəlincə, Nərminə xanım bildirdi ki, qaynadılmamış və pasterizə edilməmiş südün və belə süddən hazırlanmış qida məhsullarının istifadəsindən çəkinmək lazımdır:

 

“Heyvan sahibləri, sallaqxana işçiləri, qəssablar, çobanlar, sağıcılar, heyvanlarla və heyvan cəsədləri ilə təmasda olanlar şəxsi gigiyena qaydalarına riayət etməlidirlər. Əlcəklərin taxılması və əllərin yuyulması, heyvanlarla təmasdan sonra üst paltarlarının dəyişilməsi vacibdir”.

 

 

DİQQƏT!

Əgər siz Allergiya və Astma xəstəlikləri ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (və ya yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR