28 şahmatçı ilə eyni anda oynadı

13:54 24-06-2019 | icon 359 | İdman
28 şahmatçı ilə eyni anda oynadı

Bakı Gənclər Mərkəzində 23 iyun tarixində dünya şahmatının dəyərli simalarından olan həmyerlimiz Şəhriyar Məmmədyarovla şahmat seansı baş tutub.

 

Versus.Az xəbər verir ki, Bakı Gənclər Mərkəzi və onun nəzdində fəaliyyət göstərən “Şah Klub” Şahmat klubunun təşkilatçılığı ilə baş tutan sosial xarakterli tədbir gənc şahmatçıların təcrübə toplamaları və daha da inkişaf etmələri məqsədi ilə təşkil olunub. Şahmat seansında Şəhriyar Məmmədyarov tərəfindən seçilmiş 28 gənc şahmatçı və kiçiklər iştirak edib.

 

Tədbirdən öncə Şəhriyar Məmmədyarov Bakı Gənclər Mərkəzində infoturda iştirak edib. İnfoturda dəyərli şahmatçımız Mərkəzin imkanları ilə yaxından tanış olaraq fəaliyyət yönləri haqqında ətraflı məlumat əldə edib. Tədbirin açılışı zamanı Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova, “Şah Klub” Şahmat klubunun rəhbəri və baş məşqçisi Araz Babayev və dəyərli şahmatçımız Şəhriyar Məmmədyarov çıxış edərək gələn qonaqlar və iştirakçılara tədbirin əhəmiyyəti haqqında danışıb. Azərbaycan şahmatının gələcəyinə böyük ümidlər bəslədiyini bildirən Şəhriyar Məmmədyarov hər bir iştirakçıya uğurlar arzulayaraq qələbəyə oynayacağını deyib.

 

Eyni anda 28 oyunçu ilə seans keçirən dəyərli şahmatçımız gərgin və maraqlı atmosferdə keçən oyunların sonunda şahmat taxtasından 26,5-1,5 hesabı ilə qalib ayrılıb. Şəhriyar Məmmədyarov təkcə 3 oyunda, İbrahimli Murad, Babazadə Xəzər və kiçik şahmatçı Bayramlı Rafaelə qarşı heç-heçə edərək xal itirib.

 

İştirakçı və qonaqların sevgisi ilə əhatələnən dəyərli şahmatçımız Şəhriyar Məmmədyarov öz təcrübəsi və ustalığı ilə bir daha ŞAH ləqəbinə layiq olduğunu təsdiq edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı