Milli Oftalmologiya Mərkəzi Gədəbəy sakinləri üçün aksiya keçirir

11:57 26-06-2019 | icon 420 | Sağlamlıq
Milli Oftalmologiya Mərkəzi Gədəbəy sakinləri üçün aksiya keçirir

Bu gün və sabah Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonunda tibbi aksiya keçirəcək.

 

Mərkəzdən Versus.Az-a verilən məlumata görə, aksiyada məqsəd Gədəbəy sakinlərini müayinə və müalicə etmək, ehtiyac olduğu zaman xəstələr üzərində cərrahiyyə əməliyyatı aparmaqdır. Aksiyanın məqsədi həm də göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

 

MOM-un Səyyar Klinikası 2005-ci ildə yaradılıb. Səyyar Klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. 2018-ci ildən isə MOM-un Səyyar Qatarı fəaliyyətə başlayıb.

 

Qeyd edək ki, hazırda dünyadakı 7 milyard insanın 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il təxminən 45 min artır. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. MOM da respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI