"Minsk-2019"da növbəti qələbə - iki güləşçimiz yarımfinalda

16:44 26-06-2019 | icon 389 | İdman
"Minsk-2019"da növbəti qələbə - iki güləşçimiz yarımfinalda

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarının 1/4 final görüşündə də qələbə qazanıb.

 

Versus.Az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində olan idmançımız 1/4 final görüşündə Belarus təmsilçisi George Kolievi 7:5 hesabı ilə məğlub edərək yarımfinala keçid alıb.

 

Qeyd edək ki, Hacı Əliyev 1/8 final görüşündə Ermənistan təmsilçisi Volodya Franqulyanı 6:0 hesabı ilə məğlub edib.

 

Digər təmsilçimiz Nurməhəmməd Hacıyev də 1/4 finalda gürcü həmkarını üstələyərək yarımfinala vəsiqə qazanıb.

O, Gürcüstan təmsilçisi Elizbar Odikadzeni 7:3 hesabı ilə yenib.

 

Nürməhəmməd yarımfinal mərhələsində ukraynalı Murazi Mçedlidze ilə qarşılaşacaq.

Yarımfinal mərhələsinin oyunları bu gün Bakı vaxtı ilə 19:00-da baş tutacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol