"Mədəniyyət çox böyük bir silahdır"

17:45 26-06-2019 | icon 414 | Mədəniyyət
"Mədəniyyət çox böyük bir silahdır"

Ölkə rəhbərinin diqqət və qayğısı mədəniyyət və incəsənət sahəsindən də yan keçmir. Dövlətin diqqəti incəsənətimizi inkişaf etdirir, sənət adamlarını yeni yaradıcılığa ruhlandırır. Təsadüfi deyil ki, bu gün musiqimiz, mədəniyyətimiz beynəlxalq aləmdə tanınır və layiqincə təbliğ edilir.

 

Bu gün Azərbaycan bütün sahələr üzrə inkişaf edir. Şəhərlərimiz müasirləşir, insanların rifahı yüksəlir. Bu inkişaf tanınmış sənətçilərin, ziyalıların da ürəyincədir. Ümumiyyətlə, Prezident İlham Əliyevin islahatları mədəniyyət xadimləri tərəfindən yüksək qiymətləndirilir və məmnunluqla qarşılanır.

 

Versus.Az xəbər verir ki, xalq artisti, tanınmış dirijor Yalçın Adıgözəlov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə açıqlamasında bildirib ki, mədəniyyət sahəsində uğura zəmanət verən dövlət və onun başçısıdır:

"Prezident İlham Əliyevlə yanaşı, birinci xanım Mehriban Əliyevanın mədəniyyət sahəsində gördüyü işlər təqdirəlayiqdir. Vaxtında bu istiqamətdə zəruri addımlar atılmasayadı, bu gün Azərbaycan muğamının taleyi necə olardı?! Baxın, indi Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi dünyanın dörd bir tərəfinə səs salır. Bu gün Azərbaycan musiqisi hər yerdə tanınır, hər kəs muğamımızı ayaqüstə dinləyir".

 

Xalq artisti vurğulayıb ki, mədəniyyət çox böyük bir "silah"dır. Düşməni sadəcə top-tüfənglə deyil, mədəniyyət nümunələri ilə də susdurmaq mümkündür: "Bir ay öncə Moskva konservatoriyasında konsertimiz baş tutdu. Həmin konsertdə digər dövlətlərlə yanaşı, Ermənistan nümayəndələri də iştirak edirdi. Ancaq ermənilər orada pərt oldular, heç nə deyə bilmədilər, çünki insanlar bizim musiqini ayaqüstə alqışladılar. Sizcə, bu, bizim qələbəmiz deyilmi, bundan böyük qələbə ola bilərmi?! Biz orada Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürasını, Azərbaycan kapriççiosunu səsləndirdik. Orkestrin tərkibində fərqli millətlərin nümayəndələri var idi, onlar da oturub bizim musiqimizi ifa edirdilər”.

 

Tanınmış dirijor deyir ki, Bakıya gələn qonaqlar geri qayıtmaq istəmirlər. Paytaxtımız artıq dünyanın ən gözəl şəhərləri sırasında yer alır:

"Şəhərin infrastrukturuna, yollarımıza baxın! Ümumiyyətlə, Azərbaycanda olan yollar heç bir yerdə yoxdur. Son 15 il ərzində ölkəmiz yenidən intibah dövrünü yaşadı. Bakı ilə yanaşı, bölgələrimiz də müasir standartlara əsasən inkişaf etdirildi. Bu gün turistlərin rahat istirahəti üçün Qəbələ, Şamaxı, Şəki və digər rayonlarımızda hər cür şərait yaradılıb”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı