“Bakı Marafonu-2018” - KONFRANS

16:25 19-03-2018 | icon 890 | Sosial
“Bakı Marafonu-2018” - KONFRANS

Heydər Əliyev Mərkəzində “Bakı Marafonu-2018”in Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib.

 

Versus.az xəbər verir ki, “Bakı Marafonu-2018” Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də keçiriləcək.  “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu artıq ardıcıl üçüncü ildir təşkil olunur.

 

Mətbuat konfransında “Bakı Marafonu-2018”də iştirak üçün qeydiyyat prosesi, təlimlər və yarışa hazırlıq, marşrut, builki marafonda yeniliklər barədə məlumat verilib.

 

“Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov bildirib ki, marafona start veriləndən sonra iştirakçılara finişə çatmaq üçün 4 saat vaxt verilir: “Start tədbiri Dövlət Bayraq Meydanında başlayır, Bakı Olimpiya Stadionunda başa çatır. Mükafat fondu dəyişməz olaraq qalır. Birinci yeri qazananlara 3000, ikinci yer üçün 2000, üçüncü yer üzrə isə 1000 manat məbləğində mükafat verilir. Finiş xəttində Bakı Olimpiya Stadionu tərəfindən müxtəlif idman yarışları, əyləncəvi tədbirlər təşkil olunacaq”.

 

Heydər Əliyev Fondunun tədbirlərin təşkili şöbəsinin müdiri Abuzər Kazımov Fondun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2018” layihəsinnin “Küləyə qalib gəl” şüarı ilə təşkil olunduğunu deyib:

 

“Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmanın inkişafına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu ölkədə idmanın kütləviliyinin təmin olunmasına öz töhfəsini verir. Bu nöqteyi-nəzərdən Azərbaycanda və ölkə xaricində idman məktəblərinin açılması, müxtəlif turnir və müsabiqələrin təşkilini qeyd etmək olar. Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə açılan sosial-mədəni və idman obyektləri gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların zərərli vərdişlərdən uzaqlaşmasında əhəmiyyətli rol oynayır. İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyan “Bakı Marafonu-2018” layihəsinin  xüsusi əhəmiyyət daşıyır. Marafondan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihələrinə yönləndiriləcək”.

 

Bakı Marafonu Klubunun təsisçisi, 24 dəfə beynəlxalq marafonların iştirakçısı Firdovsi Kərimovun sözlərinə görə, marafonda 16 yaşdan yuxarı hər kəs – Azərbaycan və digər ölkələrin vətəndaşları iştirak edə bilərlər. Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 AZN-dir. Korporativ qoşulanlar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, tələbələr qeydiyyat zamanı ödəniş etməyəcəklər. Layihənin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir.  Azercell Telekom MMC-nin Korporativ kommunikasiyalar departamentinin müdiri Nigar Şıxlinskaya təmsil etdiyi şirkətin marafona dəstək verməsindən məmnun olduğunu deyib.

 

Mətbuat konfransında eyni zamanda məlumat verilib ki, marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirəcək.

 

Marafonda iştirak üçün qeydiyyat prosesi martın 7-də başlayıb və mayın 5-dək davam edəcək. Artıq martın 19-dək marafonda 4000-dən çox iştirakçı qeydiyyatdan keçib.

 

Qeyd edək ki, Bakıda 2016 və 2017-ci illərdə təşkil olunan yarımarafonlarda 20 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi. Arzu edənlər Bakının ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2018”in saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.

 

Bu yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, İspaniya, Fransa, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çex Respublikası, Meksika və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, “BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının nümayəndələri də qoşulmuşdu. Yarımarafonlarda ABŞ, Avstriya, Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Fransa, Rusiya, Polşa, İran, Ukrayna, Gürcüstan, Keniya və digər ölkələrdən turistlər də iştirak etmişdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

Nura Surinin “Dünyaya qəribəm” klipi

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…