“Azərbaycanın 101 yaşında Kəbə evində iftar edirdim” - MÜSAHİBƏ

08:54 27-06-2019 | icon 934 | Cəmiyyət
“Azərbaycanın 101 yaşında Kəbə evində iftar edirdim” - MÜSAHİBƏ

Əlabbas Məhərrəmli: “...Mən Şuşanı niyə istəyirəm”

 

Müstəqil siyasi ekspert Əlabbas Məhərrəmlinin Versus.Az-a müsahibəsi

 

- Əlabbas bəy, bilirik ki, bu yaxınlarda Ümrə ziyarətində olmusunuz, mümkünsə təəssüratlarınızı bizimlə bölüşün.

 

- Müsəlmanam və çalışıram ki, Allahın qoyduğu qanunlara riayət edim - namazımı qılım, orucumu tutum, heç kimin haqqını tapdamayım. Amma hələ ki, özümü dindar, mömin insan hesab edə bilmirəm.

Mən 2012-ci ildə də Həcc ziyarətində olmuşam. Qayıdıb gələndən sonra təkrar ziyarət etməyin arzusunda oldum. İnsanı ora çəkən hansı gücün olduğunu ziyarət edənlər da yaxşı başa düşər. Bilirik ki, namaz qılanlar üzünü qibləyə tuturlar, təsəvvür edin ki, sən ziyarətdə olanda, elə qiblənin özündə olursan. Allahın evi, Kəbə tam başqa hisslər yaşadır insana. Həmişə o yerləri ziyarət etmək arzum olub, qismət bu ilə imiş. Ramazan ayında bir qrup zəvvarla o müqəddəs yerlərin ziyarətində olduq. Nə deyim, çox vaxt insan orada yaşanan hisslərini sözlə ifadə etməkdə çətinlik çəkir. Bir onu bilirəm ki, müsəlman üçün vacib olan 5 şərtdən biri də Kəbə evini ziyarət etməkdir. Digər tərəfdən, bu ziyarətlə bir müsəlmanın istəyi yerinə yetirilmiş oldu. Məsələn, mən Şuşada olmamışam, ən böyük arzularımdan biri də Şuşaya getmək, İsa bulağından su içib, o gözəl diyarın havasını udmaq, orada dincəlməkdir. İnsan bu hissini nə ilə təsəvvür edə bilər. Hansı hisslərlə bildirim ki, mən Şuşanı niyə istəyirəm. Bu vətən sevgisidir. Bu istək insanın içindən gəlməlidir, daxilən onu sevməlidir. Ümrə ziyarətinə gedişimi də elə bu hisslə həyata keçirdim. Mənə irad tuturlar ki, 2-ci dəfə getməyə nə ehtiyac var idi. Deyim ki, mən 3-cünü, 4-cünü də arzulayıram.

 

"Siz Əlabbas bəy o ziyarətə gedib orda qurbanlar kəsib nəzirlərinizi ora vermək əvəzinə, burda bir neçə yetimin qarnını doyursaydınız..."

 

- Bəlkə siz də razılaşarsız ki, bu gün müsəlman ölkələri arasında sanki bir savaş var. Bir çox müsəlmanlar var ki, aclıq, səfalət içində yaşayırlar. Bundan çıxış edənlər ziyarətə verilən qurbanların, nəzirlərin kasıb müsəlmanlara xərclənməməyini də tənqid hissi ilə qeyd edirlər. Bir çoxları təklif edirlər ki, məsələn siz Əlabbas bəy o ziyarətə gedib orda qurbanlar kəsib nəzirlərinizi ora vermək əvəzinə, burda bir neçə yetimin qarnını doyursaydınız daha savab iş görmüş olardınız. Buna fikriniz nədir?

- Hiss edirəm ki, bu sualı çoxları mənə vermək istəyir. Deyirlər ki, niyə 2-ci dəfə ziyarətə getdin, imkanın varsa burdakı kasıblara xərclə. Mən də o sualı verənlərin bir neçəsindən soruşmuşam ki, bəlli yaşın var, bu dövrdə Rusiyanın şəhərlərinə neçə dəfə sanatoriyalara getmisiniz. Eləsi var deyir hər il, eləsi də var deyir ki, 2 ildən bir. Deyirəm ki, olmazdımı ki, bu səfərlərin birinin yerinə siz 2 tələbənin təhsil haqqını ödəyəydiniz? Hamı müalicə adına gedir, amma başa düşürük ki, məqsəd həm də gəzməkdir. Yəni bunu deyən adamlardan hansınınsa, bir adamdan başqa, aldığı 3 maşından birinin pulunu yetimə verdiyini gördmədim. Yəni irad tutmq asandır. Həmin kəslər o hissləri yaşamır deyə onda bu cür suallar yaranır. Şərt ziyarətə getməyib, o pula burda hansısa bir yetimə kömək etmək deyil. Ora gedən adam gəlib burda da xeyirxaq addımını ata bilər.

Onun da tərəfdarı deyiləm ki, hər il iş-gücünü atıb, borc-xərclə ziyarətə gedəsən. Əgər sənin maddi imkanın çatırsa, Allah Təala tərəfindən rüzu-bərəkətin və daxildə də istəyin varsa, getmək olar.

- Yəqin ki, Azərbaycan adına dualarınız oldu...

 

- Bizdə belə bir söz var ki, yağış yağanda Allah təla duaları tez qəbul edər. Biz də orda olanda qismətimizdən güclü yağış yağdı. Mən Azərbaycan adına çoxlu dualar elədim. Azərbaycanın 101 yaşında Kəbə evində iftar edirdim. Bu mənim üçün çox gözəl bir hiss yaşadırdı. Mən orda Azərbaycanın çiçəklənməsi üçün dualar elədim. Ən böyük dualarım isə Qarabağ torpaqlarımızın işğaldan azad olunması ilə bağlı idi.

 

“Çoxları Qarabağ məsələsindən siyasi element kimi istifadə edir”

 

- Bizim işğalda qalan torpaqların azad olunması ilə bağlı dularımız bitmir, beynəlxalq təşkilatın isə apadığı danışıqlar. Qarabağ ətrafında gedən hazırki daxili və xarici prosesləri necə dəyərləndirirsiniz?

 

- Qarabağ məsələsinə ölkədaxili və ölkəxarici aspektdən olan yanaşmalara nəzərən baxsaq görəcəyik ki, dəyişən heç nə yoxdur və bir neçə ay əvvəlki situasiya olduğu kmi qalır. Dəyişən odur ki, Azərbaycan xarici işlər naziri ilə Ermənistanın xarici işlər naziri ABŞ-ın təklifi ilə bu dəfə Vaşinqtonda görüşdülər. Bu vaxta qədər ikitərəfli görüşlərin təşkilində həmişə Rusiya fəllıq göstərirdisə, bu son görüşün Amerikada baş tutması ABŞ-ın bu məsəldə bir qədər fəallaşdığını göstərir. Ölkə daxilində cərəyan edən proseslərə gəlincə, çoxları Qarabağ məsələsindən siyasi element kimi istifadə edir. Hətta son bir ildə Qarabağ adına bir komitə də yarandı. Ora siyasi partiyalar, siyasi ekspertlər, ictimai-siyasi xadimlər qoşuldular. Sonralar o komitənin bölündüyünü də gördük. Qarabağ Komitəsini paylaşa bilmədilər və bir-birini ittihamladılar.

Əslində belə bir sadə yanaşma ilə vəziyyətin nə yerdə olduğunu göstərmək olar. Bütün hallarda biz kimlərəsə Qarabağ haqqında danışmasına qadağa qoya bilmərik. Bu, ümummilli bir problemdir. Qarabağ məsələsi ilə bağlı çıxışlarımızı artırmaqla beynəlxalq güclərə qarşı ictimai qınağı formalaşdırmalıyıq. Çünki dünyanın güc dövlətləri bu məsələdə haqsız mövqedən çıxış edirlər. BMT işğal faktının aradan qaldırılması ilə bağlı qəbul olunmuş qətnamələri icra eləmir. Lakin yenə də məsələ bu işin nə dərəcədə düzgün həyata keçirilməsinə bağlıdır. Bu istiqamətdə aparılan işin nə dərəcədə düzgün və ünvanlı aparılmasını dəyərləndirərkən münaqişənin həllinə baxmaq lazımdır. Problem illərdir həll olunmursa, deməli yanlışlarımız var.

 

"Nə qədər ki, bu siyasilər yaşayır,... belə müzakirələr gedəcək"

 

- Əlabbas bəy, sizcə müxalifət sıralarında uzun müddətdir davam etdiri bildirilən bu  “yenilənmə”, “ələnmə” prosesi bitdimi? Bir çoxları bəzi siyasilərin – Etbar Məmmədovun, İsa Qəmbərin, Pənah Hüseynin, Rəhim Qazıyevin sair fiqurların vaxtaşırı meydana çıxmasını daha çox geriyə qayıdış kimi narahatlıqla qeyd edirlər. Sizcə nə baş verir?

 

- Müxalifət geniş anlayışdır. Ölkədə 50-yə yaxın siyasi partiya var və üst-üstə götürəndə bunlardan bir neçəsi fəaldır. Təbii ki, hər partiyanın özünün öz mövqeyi var. Mənə elə gəlir ki, bir-birini günahkar bilənlərin ittihamları səngiməyəcək. Çünki nə qədər ki, bu siyasilər yaşayır, nə qədər ki, bunlar bu tarixin canlı simalarıdırlar, belə müzakirələr gedəcək. Bugünkü reallıqda həmin köhnə siyasilərin vaxtaşırı yenidən üzə çıxması da bu mənada təsadüfi deyil. Ölkə islahatlar aparılması ərəfəsini yaşayır.

Qarşıdan Bələdiyyə, Parlament seçkiləri gəlir. Təbi ki, siyasilər belə bir məqamda öz liderliklərini göstərmək istəyirlər. Kimlərsə birlik yaradır, kimlərinsə müttəfiqlikləri düz gəlmir və sair. Ortaya hansısa müsbət nəticənin çıxacağını düşünmürəm. Bu çəkişmə sadəcə müxalifət adı uğrunda gedən mübarizədir. Kim hansı dərəcədə qalib olacaq, o da bilinmir. Adını çəkdiyiniz siyasilərə gəlincə, məsələn, mən Etibar Məmmədovu 2004-2005-ci ildən sonra görməmişəm. Həmişə 4 iyun tarixi gələndə Etibar Məmmədov, Surət Hüseyov, Pənah Hüseynov, İsa Qəmbər rəhmətlik Elçibəy gündəmə gəlir. Belə adamların gündəmə gətirilməsinin kiməsə ziyan gətirəcəyini düşünməsəm də, xeyir verəcəyini də gözləmirəm. Mən onun tərəfdarıyam ki, hamısı çıxıb danışsın. Xalq baxır və özü öz seçimini edir.

 

- Parlament seçkiləri və onun ətrafında gedən müəmmalı fikirlərə istinad etsək gözləntiləriniz nədir, 2019-cu ildə xaricdən gələn hansı kartlar işlənə bilər? "Milyarderlər İttifaqı" yenidən aktivləşə bilərmi?

 

- Öncə onu deyim ki, növbədənkənr Parlament seçkilərinin olacağını ehtimal eləmirəm. Çünki vaxta çox az qalır. Yəqin ki, bələdiyyə seçkiləri olar.

“Milyarderlər ittifaqı” məsələsində xaricdəki diaspora üzvlərinin fəallaşmasına eyham vurulur ki, buna da normal yanaşıram. Hesab edirəm ki, diasporalarımızın fəallaşması normaldır. Məlumdur ki, bu məsələdə əsas iki nəfərin adı çəkildi. Məsələn, əgər bu prosesdə Füzuli Məmmədovun adı çəkilirsə, deməliyəm ki, o, son 20 ilin bəzi hissələrində fəal olan bir şəxsdir və bilirik ki, onun Azərbaycanda 21-ci əsr adlı partiyası da var idi. O, əgər diaspora yaradıbsa, fəal olmalıdır. Eləcə də Mübariz Mənsimov. O da tanınmış, nüfuzlu şəxsdir. Cəmiyyətin nüfuzlu adamları ilə bağlı həmişə belə söhbətlər yaranır. Lakin bir reallıq var ki, əgər onlar Azərbaycan vətəndaşı deyillərsə, deməli seçkilərdə iştirak edə bilməyəcəklər. Mübariz Mənsimov özü seçkiyə qatılmamaqla bağlı açıqlama vedmişdi.

Rusiyada yaranan Milyarderlər ittifaqının yenidən aktivləşdiriləcəyini düşünmürəm. Məlumdur ki, Rusiyada yaranan Milyarderlər İttifaqının üzvü Rüstəm İbrahimbəyov 2003-cü ildə yaranan Milli Şuraya sədr seçildi. O üzdən bir neçə siyasətçi Milli Şuranı Rusiyanın layihəsi kimi təqdim edirdilər. Məslənin kökündə Rüstəm İbrahimbəyovun Milli Şuraya sədr və namizəd olması dururdu. O da axıra qədər namizəd ola bilmədi. İkili vətəndaşlığı var idi. Rüstəm İbrahimbəyov bu yaşında birdən-birə müxalifətin liderinə çevrildi. Fikrimcə o, şəxsi maraqların tapdanması üzərində olan narazılığa görə müxalifət olmuşdu. Çünki o, siyasət adamı deyildi. İndi də həmin prosesdən sonrakı fəaliyyəti göstərdi ki, həqiqətən də səhv yola çıxmışdı. Ondan sonra siyasi fəaliyyətini görməmişəm.

 

- Bir ara Əli İnsanovun siyasi fiqur kimi meydana çıxarılacağı ilə bağlı fikirlər yayıldı, hətta onun hansısa radikal partiyalarla əməkdaşlıq qura biləcəyi izlənilidi. Radkallığı ilə seçilən partiyalarda aktivik hansı fazadadır və digər partiyalarla yaxınlaşma məqamı varmı?

 

- Əli İnsanovu siyasi fiqur kimi görmürəm. Onun nə o yaşı, nə vaxtı deyil. Cəmiyyət o cəmiyyət deyil ki, Əli İnsanov kimi siyasətçilərə yer ayırsın. Amma indi nəsə yaradırsa, bu da onun hüququdur. Digər tərəfdən, müxalifətin fəaliyyət müddətinin artıq 25 ili keçib. Müxalifət partiyaları arasında körpülər o qədər yanıb ki, bu gün səmimi götrüşlər keçirə bilmirlər. Bir-birilərini ittiham o dərəcəyə çatıb ki, artıq bir-birlərinə inamları da yoxdur. Mən düşünmürəm ki, qarşıdakı illərdə Milli Şurada olan partiyalar kənarda kimlərləsə əməkdaşlıq edəcəklər. Milli Şuranın buna maraqlı olmasını da görmürəm. Bunun kökündə bir-birilərinə qarşı olan nifrət dayanır. Çünki özləri arada olan körpüləri yandırıblar, bir-birini ittiham bu gün də davam edir.

 

- Əlabbas bəy, Ordu günü qeyd edildi. Son günlərdə keçirilən hərbi təlimlərdən çıxış edərək, ordu quruculuğunu necə dəyərləndirərdiniz?

 

- Ordu ilə bağlı məsələlərə çox incə yanaşılmalıdır. Çünki biz müharibə şəraitində yaşayırıq. Mən heç vaxt ordu haqqında neqativ fikirlər bildirmərəm. Azərbaycan ordusunda inkişaf var. Azərbaycan ordusu həqiqətən də püxtələşmiş ordudur. Kimsə torpaqların azad olunmamasını bir neqativ kimi önə çəkir. Lakin Qarabağ məsələsi ilə maraqlananlar bilirər ki, bunun kökündə siyasət durur. Burda ordunun heç bir günahı yoxdur.

Bu yaxınlarda müdafiə nazirinin mətbuat konfransında dediyi “biz Türkiyə ordusundan nümunələr götürürük, öyrənirik, buna ehtiyacımız var” sözləri çox xoşuma gəldi. Bizim ordu torpaqlarımızı işğaldan azad etmək üçün hazırlanır. Bu fikir Ordu günündə cənab İlham Əliyev tərəfindən də əminliklə səsləndi. Bəli, bu gün torpaqlar işğal altındadır. O da məlumdur ki, ermənilər, torpaqlarımızda yerləşirlər, yallı gedirlər. Bu da aydındır ki, artıq 30 il zaman keçib. Bəllidir ki, tarixi mədəni abidələrimiz saxtalaşdırılır, özgələşdirilir və bunların insanlarımıza təsirləri böyükdür. Ən böyük faciə isə artıq Qarabağda doğulan gəncin 30 ildir Bakıda və yaxud başqa yerlərdə yaşlanmasıdır. O, Qarabağın suyunu içmir. Artıq bu bizim itkimizdir. Amma belə bir ordusu olan xalq inanmalıdır ki, torpaqlarını işğaldan azad edəcək və öz mədəniyyətinə sahib çıxacaq.

 

- Hazırda mədəniyyət sahəmiz Qarabağı necə işıqlandırır?

 

- Demək olmaz ki, mədəniyyət sahəmizdə Qarabağ problemi işıqlandırılmır. Mən özüm bir neçə dəfə Muğam Mərkəzində konsertdə iştirak eləmişəm. Çox təəssüf eləmişəm ki, tamaşaçılar arasında özüm yaşda, ümumiyyətlə gənc yaşda olan insanlar azdır. Elə təsəvvür yaradırlar ki, muğama qulaq asanlar yalnız yaşlı insanlar olmalıdır. Muğam varsa, burda Qarabağ da var. Belə tədbirlərdə, əksinə gənclərin iştirakının təmin edilməsi daha doğru olar.

Göründüyü kimi, mədəni sahədə Qarabağla bağlı işlər görülür. Amma ümumilikdə bu sahənin özündə çatışmazlıqlar çoxdur. Bura TV-lərin işini, musiqi adamlarının cəmiyyətdə özlərini yaxşı göstərməməyi, kino və sair sahələr daxildir. Düzdür, Azərbaycan televiziyalarında Bədii Şuralar yaradıldı. Amma ki hələ nəticəsini görə bilmirəm. İllərdir davam edən problemlərin hələ də davam etməsi müasir dünyanın inkişaf elədiyi xətlə də bağlı ola bilər. Sosil şəbəkələrin çıxması, özəl televiziyaların yaranması, “yootube”, bloglar yaxşı mənada yeni istiqamətləri daha cəlbedici edib.

 

- Əlabbas bəy, 2015-ci ildə Qubadan deputatlığa namizədliyinizi vermişdiniz. Maraqlıdır, növbəti seçkilərdə qubalılar sizi öz deputatları olaraq görmək istəyəcəklərmi?

 

- Quba mənim doğulub boya-başa çatdığım şəhərdir. Quba ilə bağlı çox arzularım var. Bu arzularımı həyata keçirmək üçün isə mandat, səlahiyyət almalıyam. Bunun üçün təbii ki, hər zaman çalışıram ki, qubalılar mənə o səlahiyyəti vermək istəsinlər. Buna görə də Quba ilə əlaqələrimi kəsmirəm. Özüm Bakıda yaşasam da, mənim ata evim, anam, qardaşlarım Qubadadır. Mən Quba üçün çox şey düşünürəm. Amma düşünməklə iş bitmir, gərək onları həyata keçirəsən. Mən demirəm ki, deputat sosial işləri görmək üçündür, yox. Amma bir səlahiyyətin varsa, sən bundan yaxşı mənada istifadə edib Quba üçün arzularını rellaşdıra bilərsən. Bunun üçün də mən çalışıram.

Son vaxtlar Qubada ümumilikdə bir neçə problem öz həllini tapıb, bir sıra yeniliklər görülüb. İcra başçısı dəyişəndən sonra Qubada abadlıq işləri aparılıb. Qubanın arxa küçələri təmir edilir, kəndlərin girişləri düzəldilir. Qubanın bundan qabaqkı başçısı qədimdən qalan su arxlarını bağlamışdı. Yağan yağışlar arxların olamaması üzündən küçələrdə sellər gedir. Yəqin ki, yeni gələn icra başçısı bu məsələyə diqqət ayıracaq. 

O vaxt Qubada çox mənasız keçidlər var idi, indi onlar söküldü. Hər bir icra başçısı prezident tərəfindən təyin olunmuş bir dövlət nümayəndəsidir. Onlar Prezidentin fəaliyyətindən nümunə götürüb öz işlərini uğurlu şəkildə yerlərdə icra eləməlidirlər. Bu gün dövlət başçısı əhaliylə görüşür, hər bir sakinlə təmas qurur, söhbətlər aparır, dərdini öyrənir və problemin həlli ilə bağlı icra başçılarına tapşırıqlar veirir. İcra başçıları da kəndlərdə rayonlarda insanlarla birbaşa təmasda olmalıdır. Keçmiş zamanlarda olduğu kimi, həftənin hər hansı günündə görüş keçirilməli deyil. Mən təklif edərdim ki, hətta icra başçılarının mobil nömrələri icra hakimiyyətlərinin binası qarşısında yazılsın. Bütün icra başçıları sosial şəbəkələrddə insanlarla açıq əlaqə yaratmalıdırlar.

 

Təbii ki, Qubada işlər görülür. İnsafən bizim deputatlar fəal deputatlardı. Deyərdim ki, 125 deputatın içindən 10 nəfərini seçsək, bizim deputatlar həmin sırada öndə dayanar. Amma mənim də öz arzuşlarım var. O arzularımı yerinə yetirməkdən ötrü namizədliyimi verəcəm.

- Sizcə qazana bilərsiz? 

Seçki situasiyadan asılıdır. Seçkidə hər dəqiqənin öz hökmü var. Seçkidə hər şey dəyişə bilər. Biz bunu Ukraynada Zelenskinin hakimiyyətə gəlişində, son günlərdə Türkiyədə keçirilən Bələdiyyə seçkilərində gördük. Böyük bir kütlənin tanımadığı İmamoğlu bu gün artıq Türkiyədə bir liderə çevrilib. Yəni seçki təbliğatı dövründə situasiya hər an dəyişə bilər.

Mən 2015-ci ildə də zəif namizəd olmamışam. Normal seçici səsi almışam, insanlar arasında rəğbət qazanmışam. Seçki yarışdi, udan da olacaq, uduzan da.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı