Ödənişsiz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilib

17:20 19-03-2018 | icon 482 | Siyasət
Ödənişsiz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) aprelin 11-nə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilib.

 

Versus.az xəbər verir ki, MSK sədrinin müavini bildirib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, həftədə 3 saat İctimai Televiziya, 3 saat İctimai Radio olmaqla, ümumilikdə 6 saatlıq ödənişsiz efir vaxtı ayrılacaq.
 
İctimai Televiziya və İctimai Radioda hər dəfə 1 saat olmaqla, həftə ərzində üç dəyirmi masa təşkil ediləcək. Ötən seçkilərdən fərqli olaraq, namizədlərin istəyi nəzərə alınıb, İctimai Televiziyada efir vaxtı saat 19.00-dan saat 22.00-a dəyişdirilib. İctimai Radioda isə dəyirmi masalar saat 19.00-da təşkil ediləcək. 
 
Püşkatmanın nəticəsinə əsasən, prezidentliyə namizədlər İctimai Televiziya və İctimai Radioda dəyirmi masalarda aşağıdakı ardıcıllıqla çıxış edəcəklər:
 
1 - öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, 
 
2 - Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə
 
3 - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev
 
4 - Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev
 
5 - "Cəbhəçilərin təşəbbüs qrupu" adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev
 
6 - Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğlu
 
7 - Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev
 
8 - Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev

Hər namizəd hər Dəyirmi Masada 7 dəqiqə 30 saniyə çıxış edəcəklər. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu