Rezidenturaya qəbul imtahanına düşəcək sualların fənlər üzrə paylanması - Rəqəmlər

20:41 27-06-2019 | icon 489 | Təhsil
Rezidenturaya qəbul imtahanına düşəcək sualların fənlər üzrə paylanması - Rəqəmlər

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 3-cü nömrəsini nəşr edib.

Versus.Az AzEdu.az-a istinadən bildirir ki, verilən məlumata görə, jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul imtahaninin ikinci mərhələsi və ixtisas seçimi haqqinda elan, “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

 

Jurnalda rezidenturaya qəbul imtahanında düşəcək sualların fənlər üzrə paylanması da yer alıb.

 

 “Rezidentura 3” jurnalında yazılanlara görə, qəbul imtahanında cavablamaq üçün məzunlara 100 sual təqdim olunur. Müalicə işi, pediatriya istiqaməti üzrə məzun olanlar üçün sualların fənlər üzrə paylanması aşağıdakı kimidir:

 

Cərrahlıq – 20 sual;

Mamalıq – ginekologiya 10 sual;

Uşaq xəstəlikləri 10 sual ;

Kardiologiya, Pulmonologiya, Qastroenterelogiya – hər biri ayrı – ayrılıqda 8 sual;

Endokrinologiya, Nefrologiya, Hematologiya, Nevrologiya, Yoluxucu xəstəliklər, Psixiatriya – hər biri 6 sual .

Bu məlumatlar bakalavrların imtahana hazırlığı və üstünlük verəcəkləri əsas fənlərin seçimində onlara kömək edəcək.

Qeyd eədk ki, rezidenturaya qəbul müsabiqəsinin II mərhələsi iyulun 14-ü, bu mərhələ ilə bağlı sınaq imtahanı isə iyunun 29-da keçiriləcək. Sınaq imtahanında iştirak üçün 220 yer nəzərdə tutulub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı