Ukraynada siyasi qalmaqal

02:12 29-06-2019 | icon 384 | Dünya
Ukraynada siyasi qalmaqal

Rəzalət, ürəkağrısı və təhlükə: Yuliya Timoşenko olanları belə qiymətləndirdi.

 

Versus.Az bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin beynəlxalq arenadakı fəaliyyəti barədə yalnız internet vasitəsilə xəbər tuta bildiyini söyləyib və xarici işlər naziri Pavel Klimkinin Rusiyanın notasına verdiyi cavabın prezidentlə razılaşdırmadığını deyib.

 

Xarici işlər naziri isə Rusiyanın ukraynalı dənizçilərlə bağlı notasına verilən cavabla əlaqədar dövlət başçısının qınaqlarını sanki qulaqardına vurmuş kimi cavab verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi idarə bu cür sənədləri prezidentlə razılaşdırmadan da göndərə bilər. P.Klimkin bəhs olunan aktın ölkəsinin beynəlxalq-hüquqi mövqeyini əks etdirdiyini və “heç bir siyasi motiv daşımadığını” deyib.

Diplomatik idarənin rəhbərini bu cür saymazyana görünən cavabı ölkədə çaxnaşma yaradıb.

“Batkivşina” partiyasının lideri Yuliya Timoşenko ölkə rəhbərliyində baş verən bu mübahisəni qalmaqal kimi qiymətləndirib və yaşanaları “rəzalət, ürək ağrıdıcı və dövlət üçün böyük təhlükə” olaraq qiymətləndirib.

O, bu cür davranışların Ukrayna dövlətçiliyinin məhvinə gətirib çıxaracağını düşündüyünü söyləyib.
Yuliya Timoşenko icra hakimiyyətinin yuxarı dairələrinə təcili surətdə qayda-qanun gətiriliməsini tələb edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol