Çoxsaylı "qayıb" işarələrindən sonra fərqlənmə attestatı

07:41 29-06-2019 | icon 424 | Maraqlı
Çoxsaylı "qayıb" işarələrindən sonra fərqlənmə attestatı

lamandiyanın "Gənclər iqlim uğrunda" hərəkatının rəmzi və lideri Anuna de Vever iqlim dəyişmələri probleminə diqqəti cəlb etmək məqsədilə məktəblilərin silsilə tətil və nümayişlərini təşkil edəndən sonra buraxılış imtahanlarını uğurla verib.

Versus.Az bildirir ki, Azərtac bu barədə Belçikanın saytlarına istinadla xəbər verir. Görünür, 18 yaşlı fəal qızın qiyamçı xarakteri və məktəbdə çoxsaylı "qayıb" işarələri alması onun təhsil uğurlarına təsir göstərməyib. O, Belçika məktəblərindəki qiymətləri bizim məktəblərdə tətbiq olunan qiymətləndirmə sisteminə çevirsək, bütün fənlərdən "beş" alıb.

Anuna nümayişlərin təşkili ilə əlaqədar dərs buraxması ilə bərabər kütləvi informasiya vasitələrində çoxsaylı çıxışlara da xeyli vaxt sərf edib.

O, jurnalistlərə müsahibəsində deyib: "Əminəm ki, məktəbdə məşğələləri buraxmış digər şagirdlərdən də planetimizin taleyinə görə öz üzərlərinə məsuliyyət götürüb və görməli olduqları işləri görüblər".

Gənc fəal bildirib ki, "Gənclər iqlim uğrunda" kampaniyasının keçirildiyi bir neçə ay ərzində məktəbdə neçə saat dərs buraxmasını saymayıb. Lakin o belə hesab edir ki, təşkil etdiyi kampaniyanın gedişində çox şey öyrənib.

İndi Anuna flamanddilli Brüssel Azad Universitetinə (VUB) daxil olmaq və beynəlxalq siyasəti öyrənmək niyyətindədir. Gənc abituriyent siyasətçiləri "hədələyərək" gülə-gülə deyib: "Mən orada da susmaq niyyətində deyiləm".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI