Google 800 milyon istifadəçini itirə bilər

08:09 29-06-2019 | icon 356 | Dünya
Google 800 milyon istifadəçini itirə bilər

"Huawei" şirkətinin qurucusu və faktiki direktoru Ren Çjenfey "CNBC" televiziya kanalına müsahibəsində deyib ki, Çin şirkəti öz qurğularına "Android" sistemini quraşdırmaqdan imtina etdiyi halda "Google" 700-800 milyon istifadəçidən məhrum ola bilər.

 

Versus.Az Milli.Az -a istinadən bildirir ki, Ren Çjenfey deyib ki, "Huawei" şirkəti "Android" platformasını başqası ilə əvəz etmək istəməzdi, çünki bu halda şirkətin artım tempi zəifləyəcək. Ancaq bu problem müvəqqətidir, artıq bir neçə il sonra "Huawei" əvvəlki inkişaf sürətinə geri qayıdacaq.

Çin və ABŞ arasında ticarət münasibətlərinin kəskinləşməsi fonunda "Huawei" şirkəti ABŞ Ticarət Nazirliyinin qara siyahısına daxil edilib. Bundan sonra "Google" korporasiyası "Huawei" ilə əməkdaşlıqdan imtina edib və buna görə şirkət "Android" əməliyyat sisteminin dəstəyindən məhrum olub.

Bu o deməkdir, "Android" sisteminin növbəti yeniləməsindən sonra Çin smartfonlarının sahibləri "Google"un proqramlarına (elektron poçt, "Chrome" brauzeri, "YouTube", "Google Play" proqramlar mağazası) girişdən məhrum olacaqlar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol