AMEA İqtisadiyyat İnstitutu hökumət qurumlarına təklif və tövsiyələr paketi hazırlayacaq

20:22 29-06-2019 | icon 376 | Təhsil
AMEA İqtisadiyyat İnstitutu hökumət qurumlarına təklif və tövsiyələr paketi hazırlayacaq

AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasında “Beynəlxalq müqayisəli iqtisadi araşdırmalarda Azərbaycanın mövqeyi və onun yaxşılaşdırılması yolları” mövzusunda elmi-tədqiqat işi üzrə nazirlik, komitə və agentliklərdən daxil olan təklif və tövsiyələr müzakirə edilib. Vergilər, Energetika, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Gömrük, Statistika komitələrinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı, Mənzil İnşaatı, Dövlət Turizm agentliklərinin, Dövlət Miqrasiya Xidmətinin təklif və tövsiyələrinin nəzərə alınması ilə bağlı qərar qəbul edilib.

Versus.Az Azedu.az-a istinadan xəbər verir ki, AMEA-dan verilən məlumata görə, İqtisadiyyat İnstitutu bu tədqiqatı 2019-2021-ci illərdə yerinə yetirəcəkdir. Tədqiqatın aktuallığı, həmçinin Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixli “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı və 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə qarşıya qoyulan vəzifələrlə şərtlənir.

Elmi şura beynəlxalq reytinqlərin araşdırılması üzrə yaradıcı qrupların formalaşdırılması haqqında da qərar qəbul edib.

Azərbaycan hökumətinin apardığı islahatların elmi-metodoloji bazasının gücləndirilməsi İqtisadiyyat İnstitutunun qarşısında duran əsas vəzifələrdən biridir. Odur ki, İqtisadiyyat İnstitutu 2019-2021-ci illərdə “Beynəlxalq müqayisəli iqtisadi araşdırmalarda Azərbaycanın mövqeyi və onun yaxşılaşdırılması yolları” adlı elmi-tədqiqat mövzusunu yerinə yetirəcək. İnstitut növbəti 3 ildə “İnsan inkişafı”, “İnklüziv inkişaf”, “Dayanıqlı inkişaf”, “Qlobal rəqabətlilik”, “İnsan kapitalı”, “Beynəlxalq ticarətə cəlbolunma”, “Biznes mühiti”, “Qlobal innovasiyalar”, “Qloballaşma”, “Qlobal xidmətlər”, “İqtisadi azadlıq”, “Maliyyə sabitliyi”, “Sənaye istehsalı”, “Sosial tərəqqi”, “Təbii resurslar” üzrə reytinqləri araşdırmağı və hökumətə elmi cəhətdən əsaslandırılmış təkliflər verməyi hədəfləyib.

Bununla bağlı İqtisadiyyat İnstitutu 22 dövlət qurumuna, o cümlədən nazirlik, komitə və agentliyə müraciət edib və 14 dövlət qurumundan təklif və tövsiyələr daxil olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

İncəsənətimizin RAMİZİ…

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı