“Dağlıq Qarabağ məsələsində diplomatik hücuma keçməliyik”

23:00 19-03-2018 | icon 501 | Siyasət
“Dağlıq Qarabağ məsələsində diplomatik hücuma keçməliyik”

“Maliyyə dairələri var ki, separatçılara dəstək verirlər”

 

Forum Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına mexaniki təsir etməsə də, Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından çox əhəmiyyətlidir”.

Bunu Versus.az-a politoloq Fikrət Sadıqov VI Qlobal Bakı Forumunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması baxımından nə dərəcədə əhəmiyyətli olmasına dair şərhində bildirib.

Politoloq bildirib ki, Bakı bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib və ölkəmizə gələn bütün qonaqlar Azərbaycanın sülhpərvərliyinin  şahidi olublar:

 

Bu problemi ölkəmizə gələn ölkə nümayəndələri, dövlət başçıları, eləcə də ictimai xadimləri həll etməyəcək. Çünki Dağlıq Qarabağ münaqişəsini həll etməyə qadir olan üç əsas aparıcı dövlət var. Lakin Forumda iştirak edənlər Azərbaycan həqiqətlərini öz ölkələrinə aparıb lazımı auditoriyalarda səsləndirəcəklər ki, bu da ölkəmizin xeyrinədir”.

 

F.Sadıqov müsbət məqam kimi Azərbaycanın ərazi bütövlüyünün bütün beynəlxalq strukturlar tərəfindən tanınmasını qeyd edib. O, bildirib ki, əgər Azərbaycan bir ölkə olaraq heç bir beynəlxalq layihə həyata  keçiməsəydi, bu problem daha mürəkkəb vəziyyətə gətirib çıxara bilərdi:

 

“Biz Dağlıq Qarabağ məsələsində diplomatik hücuma keçməliyik. Bir sıra aparıcı dövlətlərlə yaxından çalışmalıyıq. Eyni zamanda, yaddan çıxarmamalıyıq ki, bir çox ölkələrdə güclü erməni dairələri, erməni lobbisi, maliyyə dairələri var ki, separatçılara dəstək verirlər”.

 

Politoloq Azərbaycanın rəsmi mövqeyinin bir daha Forum iştirakçıları olan 50-dən çox ölkə nümayəndələrinə bəyən edildiyini önə çəkib:

 

“Qlobal Bakı Forumunda dövlət başçımız çıxışında beynəlxalq  qətnamələrin beynəlxalq təşkilatlar tərəfindən yerinə yetirilmədiyini önə çəkdi. Bəyan edildi ki, beynəlxalq hüquq normaları pozulur, separatçı rejimə təziq olunmur. Danışıqlar prosesinin əbədi olmadığı və nə vaxtsa buna son qoyulmalı olduğu qeyd olundu. Bu fikirlər hər bir layihədə olduğu kimi, Qlobal Forumda da önə çəkildi və qəti mövqeyimiz bir daha dünyaya açıqlandı”.

 

Təbiət Kamil
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin