İrəvan BMT-nin bu qurumuna seçilə bilməz - Şərh

19:16 30-06-2019 | icon 494 | Geopolitika
İrəvan BMT-nin bu qurumuna seçilə bilməz - Şərh

Qanlı etnik təmizləmə törədən, bir milyondan artıq azərbaycanlının fundamental hüquq və azadlıqlarını kobud şəkildə pozan və "inqilabi diktatura" rejimi quran bir ölkənin BMT İnsan Haqları Şurasına seçilməsi qəbuledilməzdir.

Versus.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Ermənistanın dövlət olaraq BMT-nin İnsan Haqları Şurasına seçilməyə çalışmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Ermənistan hökuməti təkcə Azərbaycan xalqının deyil, həmçinin apardığı qeyri-demokratik siyasətlə öz xalqının da hüquqlarını kobud şəkildə dəfələrlə pozub:

"Ermənistan kimi işğalçı, xalqların tarixini və mədəniyyətini oğurlayıb öz adına çıxan, bütün tarixi yalan və uydurmadan ibarət olan toplumdan hər şey gözləmək olar. Bu baxımdan İrəvanın insan hüququndan danışmağa heç bir haqqı yoxdur. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyon azərbaycanlı öz torpaqlarından didərgin düşüb və haqları kobud şəkildə pozulub. İnsanın ən təbii haqqı öz torpağında yaşamasıdır. Bu haqqı tapdalayan bir toplum hansı haqla insan hüququndan danışa bilər? Ermənistanın Azərbaycana qarşı etdiyi soyqırım faktları göstərir ki, bu işğalçı ölkə heç bir haqla insan hüquqlarından danışa bilməz. Buna görə də düşünürəm ki, İrəvan tərəfinin BMT-yə insan hüquqları ilə bağlı sənəd təqdim etməsi öz xarici imicini beynəlxalq aləmdə dəyişməyə çalışmaqdan başqa bir şey deyil. Lakin Ermənistan nə qədər ki işğalçı siyasətin davam etdirir, imicini heç vaxt dəyişə bilməyəcək. Ermənistan hər zaman işğalçı və qondarma dövlət olaraq tanınacaq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür