“Həmyerlilərimizin Gürcüstanın idarəçiliyində iştirakı zərurətə çevrilib”

12:49 01-07-2019 | icon 852 | Geopolitika
“Həmyerlilərimizin Gürcüstanın idarəçiliyində iştirakı zərurətə çevrilib”

Razi Nurullayev: “Seçki məcəlləsi Avropa Şurası Venesiya Komissiyasının tələblərinə uyğunlaşdırılmalıdır”

 

“Gürcüstan Konstitusiyasının dəyişdirilməsi, proporsional seçki sisteminin bərpa edilməsi bizim üçün sadəcə iki məqamı ilə maraqlıdır. Birinci məqam ondan ibarətdir ki, hökumət müxalifətin tələbini yerinə yetirir və ölkəni demokratik məcrada idarə etməkdə davam edir”.

 

Versus.Az-ın məlumatına görə, bunu açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib. Partiya sədri qeyd edib ki, “bu onlara nə verəcək” sualını yaxşı olar ki, politoloqlar dartışsınlar:

 

“Biz siyasətçilər üçün isə bu o qədər də maraqlı deyil. İkinci məqam isə ondan ibarətdir ki, bizim Gürcüstanda yaşayan soydaşlarımız bu üstünlükdən istifadə edib siyasi təşkilatlarını qurub seçkilərə qatılmalıdılar. Bunu əvvəl də demişəm, yenə də təkrar edirəm ki, bu, vacibdir. Bütün həmyerlilərimizin siyasi cəhətdən fəallaşması və Gürcüstanın idarəçiliyində iştirak etməsi hava su kimi zərurətə çevrilib”.

 

R.Nurullayev sözügedən qərarı Azərbaycana münasibətdə dəyərləndirərək vurğulayıb ki, ölkəmizdə bu formatın tətbiq edilməsinin ölkənin demokratikləşməsinə təkanı ola bilməz:

 

“Bizim cəmiyyətdə siyasət üçün münbit şərait yoxdur. Münbit şərait olmadan bütün dəyişiklik və düzəlişlər sadəcə kosmetik olacaq, mahiyyət dəyişməyəcək. Mahiyyətin dəyişməsi üçün MSK siyasi partiyaların iştirakı ilə yenidən formalaşmalı və seçki məcəlləsi ciddi şəkildə Avropa Şurası Venesiya Komissiyasının tələblərinə uyğunlaşdırılmalıdır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI