Babacan- Gül- Davudoğlu triosu Türkiyəyə nə vəd edir - çarpaz baxışlar...

09:30 02-07-2019 | icon 636 | Geopolitika
Babacan- Gül- Davudoğlu triosu Türkiyəyə nə vəd edir - çarpaz baxışlar...

23 iyundan sonra Türkiyə siyasi həyatı sakitləşmək yerinə, daha da hərəkətləndi. 2023-cü ilədək bir daha sakitləşəcəyi ehtimalı yoxdur.

 

Şübhəsiz, hazırda ən çox maraq doğuran hadisə yeni siyasi partiya qurması dəqiqləşən Əli Babacanın yaratdığı hərəkatdır.

Digər tərəfdən, artıq Əli Babacanla bir yerdə olma ehtimalına şübhə qalmayan Əhməd Davudoğlu var.

Lakin Babacan hərəkatının mənəvi öndəri mövqeyində olan Abdulla Gül qəti şəkildə Davudoğlunu yeni siyasi partiya daxilində görmək istəmir.

Bu partiyanın adı öncə Azadlıq və Ədalət Partiyası və ya Azadlıq və Rifah Partiyası qoyulub. Sonra AKP və Rifah Partiyası ilə hər hansı bir bənzərliyin olması istənməyib.

Ardınca Azadlıq və Hüquq Partiyası adı ortaya atılıb. Babacanın siyasi fəlsəfəsinə və mövcud sosial tələblərə ən uyğun ad olaraq bu düşünülüb.

 

Digər tərəfdən, istəyirlər ki, yeni partiyanın adı qısaldılarkən də diqqəti cəlb etsin. Bu səbəblə, başqa təkliflər də müzakirə edilir.

Ancaq hazırda ən güclü ehtimal budur. Yaxşı, bəs Əli Babacanın Azadlıq və Hüquq Partiyası (AHP) nə zaman qurulacaq?

Həm Gül, həm də Kılıçdaroğlu siyasi lider olmaqdan əlavə, bir növ, mənəvi lider olaraq da Babacan və İmamoğluna dəstək verirlər. Pərdə arxasında rol oynayırlar. 2023-cü ilə doğru gedən yol sanki böyük şahmat oyunudur.

Məsələ 31 mart bələdiyyə seçkilərindən əvvəl gündəmə gəlib. Qardaş ölkə mətbuatı seçkilərdən sonra bu istiqamətdə gizli və ya aşkar hazırlıqların başladığını yazır. Müxtəlif mənbələrə istinad edən mətbuat AKP-li müxaliflərin bir və ya iki partiya ilə aktiv siyasətə başlaya biləcəyini iddia edir.

Türkiyə mediasında Davudoğlunun yanında yer alacaq tanınmış siyasətçi və bürokratlarla bağlı siyahılar da açıqlanıb.

Davudoğlunun komandasında Bəşir Atalay, Hüseyn Çelik, Şamil Tayyar, Əhməd Başçı, Səlcuq Özdag və keçmiş Diyanət işləri başçısı Mehmet Görmezin də adı çəkilir.

Versus.Az xəbərinə görə, “Habertürk”dən Nagehan Alçı təhlil edib ki, 2023-cü ilə doğru gedən yolda Əli Babacan, Əkrəm İmamoğlu və Əhməd Davudoğlu ilə bərabər, adını hər kəsin unutduğu Məhərrəm İncə də var: “Bu gün Məhərrəm İncə faktından da bəhs etməliyik. Ərdoğanın ”mühafizəkarların Mustafa Kamalı" olması reallığını heç bir siyasi təhlilçi ağlından çıxarmamalıdır.

Məncə, Babacan da, Davudoğlu da, İmamoğlu da bu reallığı nəzərə alır. Doğrusu, diqqət etsəniz, buna uyğun bir üslub və dildən istifadə etdiklərini görərsiniz".

Natiq Miri ile ilgili görsel sonucu

 

"Bu, yeni Türkiyənin gücünü dayandırmaq və AKP-ni zəiflətmək, Ərdoğanı prezidentlik postundan uzaqlaşdırmaq layihəsidir"

 

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirib ki, yeni partiya yaradılması ideyası çoxdan varıydı. Politoloqun fikrincə, buna xeyli vaxtdır hazırlıq gedirdi.

“Yeni partiya təsis edilməsi üç şəxsin təşəbbüsü kimi qiymətləndirilə bilməz. Bu projeyə müxtəlif qurumlar, QHT-lər qoşulmaqdadır.

Əslində partiyanın elanı bələdiyyə seçkisindən qabaq planlaşdırılırdı. Lakin ciddi səbəblər yeni təşkilatın elan olunmasını təxirə saldı.

Yeni partiya təkcə üç lider və daxili proseslərə görə meydana çıxmayıb. Qlobal səviyyədə yeni Türkiyənin gücünü dayandırmaq və AKP-ni zəiflətmək, Ərdoğanı prezidentlik postundan uzaqlaşdırmaq layihəsidir", - deyə ekspert vurğuladı.

Analitik proyektin arxasında Qərbdəki güclərin dayandığını düşünür: “Seçkidən sonra yeni partiyanın dövriyyəyə buraxılması seçkinin nəticələri ilə əlaqəlidir. AKP və MHP-nin birgə ”Cümhur ittifaqı" seçkidə əksər səsləri qazandı. Bu gün Ərdoğana alternativ güc mərkəzi yoxdur.

Baxmayaraq ki, İstanbulda CHP namizədi qazandı. Amma Türkiyə siyasətində qeyri-mümkün bir həqiqət reallaşdı.

Belə ki, Türkiyəni quran CHP ilk dəfə PKK-çı təşkilatla birləşib seçkiyə getdi. Onların birgə seçkiyə getməsi həmin siyasi güclərin iradəsi ilə yox, Qərbin tövsiyəsi nəticəsində gerçəkləşdi.

Qərb anlayır ki, heç bir siyasi partiya yaxın müddətdə AKP-yə alternativ ola bilməyəcək.  Ona görə yeni partiya dövriyyəyə buraxmaqla AKP-ni parçalamaq istəyirlər. Eyni zamanda ortada böyük maliyyə var və vəsaiti Qərb yox, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, eləcə də Türkiyəyə yaxın ölkələr xərcləyir. Qarşıdakı dövrdə ciddi təşkilatlanma olacaq. Bu, AKP və Türkiyəyə qarşı layihədir.

Amma mənə elə gəlir, Qərbin bu layihəsi də iflas edəcək. Çünki AKP çətin görünən məsələləri reallaşdırmaqla güclü Türkiyə ortaya çıxaracaq".

Ramiyə Məmmədova ile ilgili görsel sonucu

"Yeni partiyanın hədəfi siyasi hakimiyyətlə problemi olmayan fiqurların cəlb olunması və yeni iqtisadi modellə çıxış etməkdir"

 

Siyasi şərhçi Ramiyə Məmmədova bildirib ki, yeni partiya quruluşu AKP-dən küsüb gedənlərin təşkilatı kimi dəyərləndirilə bilər:

“Onlar dindən daha çox dünyəvi partiya qurmağa hazırlaşırlar. Amma hələlik söz-söhbətlər gedir.

Əvvəlcə Davudoğlu Babacana təklif edib ki, partiya qur və Güllə birlikdə sənə dəstək verək. Amma Gül imtina edib. Ardınca Babacanın təklifi olub ki, Güllə birgə təşkilat yaradaq. Yeni partiyanın sentyabra elan olunması gözlənilir. Hazırda AKP və CHP-nin parlamentdəki adamları ilə müzakirələr aparırlar, tərəfdaş axtarırlar. Yeni partiyanın hədəfi siyasi hakimiyyətlə problemi olmayan fiqurların cəlb olunması və yeni iqtisadi modellə çıxış etməkdir".

Politoloqun sözlərinə görə, bu üçlük ölkədə parlament idarəçilik üsulunu geri qaytarmağı hədəfləyib:

“Prezident idarəçiliyindən imtina, Avropa Birliyi ilə əlaqələri bərpa etmək, NATO ilə münasibətləri genişləndirmək nəzəri olaraq plandadır.

Eyni zamanda bilirsiniz ki, Babacan maliyyə və iqtisadiyyat naziri olub. O, ölkəni böhrandan çıxarmaq, ABŞ-la əlaqələri yoluna qoymaq niyyətindədir. Bütün bunlar hələlik kluarlarda gedən müzakirələrdir və real addımlar atılmayıb. Sentyabrda yeni partiya elan olunarsa, Türkiyə siyasətində növbəti canlanma, dövr başlanacaq".

 

Əhəd Məmmədli ile ilgili görsel sonucu

"Yeni partiya Ərdoğan hakimiyyəti üçün bir təhdid ola bilər, amma..."

 

Siyasi ekspert Əhəd Məmmədli AKP-nin 17 illik iqtidarı dövründə müxtəlif projelər etdiyini önə çəkib. Onun dediyinə görə, məqsəd hakim partiya elektoratının səs alması idi:

 

“Biri prezident seçkilərində oldu. CHP və MHP vahid namizəd olaraq Ekmeleddin İhsanoğlunu irəli verdilər. O da ibadət adamıydı. Sonra Səadat Partiyası meydana çıxdı, onlar da seçkidə limiti aşa bilmədilər. Sonra Akşenerlə cəhd göstərildi. Onda dedilər ki, AKP bitdi.

Amma Akşenerə Dəmirtaşdan az səs gəldi. Yəni Babacan-Davudoğlu da yeni projedir. Amma bu layihədə Gülün olacağını gözləmirəm.

Təbii ki, İstanbul seçkisindən sonra yeni partiya Ərdoğan hakimiyyəti üçün bir təhdid ola bilər. Amma geniş nüfuz qazanacağını gözləmirəm".

Ə.Məmmədli Babacanın Ermənistanla sərhədlərin açılmasında canfəşanlıq etdiyini də xatırlatdı:

“Hətta Elmar Məmmədyarov ona yaxınlaşanda, özündən uzaqlaşdırmışdı. Bu mənada onun Azərbaycana münasibəti də bəllidir. Lakin bu üçlük taktiki baxımdan uğur qazana bilər, strateji anlamda genişmiqyaslı nəticə əldə edəcəyi perspektivi yoxdur.

Şərqdə satqına münasibət birmənalıdır. Deyə bilərsiniz ki, Ərdoğan da Ərbəkandan ayrılmışdı. Amma bu ayrılıq iqtidarda olanda reallaşmamışdı". /yeni müsavat/

 

Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı