“Rusiya Gürcüstanla viza rejiminin ləğvinə hazır idi”

12:34 02-07-2019 | icon 389 | Dünya
“Rusiya Gürcüstanla viza rejiminin ləğvinə hazır idi”

“Rusiya Gürcüstanla viza rejiminin ləğvinə hazır idi”.

 

Versus.Az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin “Kommersant” qəzetinə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Rusiya viza rejimini maksimum liberal edib: “Rusiyanın istənilən vətəndaşı Gürcütandan istədiyi şəxsi dəvət edə bilər. Rusiyaya səfər edən Gürcüstan vətəndaşlarının sayı ildən ilə artırdı”.

Gürcüstanda baş verən son hadisələrə münasibət bildirən XİN başçısının müavini deyib ki, ölkə gəncləri daxili siyasi mübarizəni antirusiya məcrasına məharətlə çevirə bilən təxribatçıların təsiri altına düşüb. “Mənə elə gəlir ki, indi Tbilisidə bunu hamı başa düşüb. Orada artıq emosiyalardan müəyyən çəkinmə başlayıb”.

Q.Karasin Gürcüstanda baş verənlərə Rusiyanın münasibətini tam adekvat adlandırıb: “Bu, tamamilə adekvat reaksiyadır. Bəli, reaksiya kəskindir, lakin başqa cür ola bilməz. Belə ki, söhbət yüz minlərlə rusiyalı turistdən gedir. Biz onları müxtəlif xuliqanlıq təzahürlərindən doğan təhlükəyə məruz qoya bilmərik. Xüsusən də bu düşmənçiliyi müəyyən siyasi qüvvələr daha da artırırlar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı