Rafael Ağayev, Mariya Stadnik, Hacı Əliyevin təhsili 

14:03 02-07-2019 | icon 802 | Təhsil
Rafael Ağayev, Mariya Stadnik, Hacı Əliyevin təhsili 

Belarus Respublikasının Minsk şəhərində keçirilən II Avropa Oyunları  dünən başa çatdı.  Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının qatıldığı oyunlarda Azərbaycan 5 qızıl, 10 gümüş,  13 bürünc medal qazanaraq, 28 medalla 10-cu yerdə qərarlaşdı.

 

Versus.az AO-da fərqlənən idmançılarımızın təhsilləri barəsində informativ məlumatı təqdim edir:

Mariya Stadnik - Erkən yaşlardan idmanla məşğul olan  Mariya Stadnik bu il  Avropa oyunlarında ölkəmizə qızıl medal gətirən tək qadın idmançı olub.

Mariya Stadnik 1988-c ilin 3 dekabr  tarixində Ukraynanın qərbində, Lvov vilayətində   dünyaya gəlib.

Mariya Stadnik 12 yaşından güləşlə məşğul olub. Ali təhsilini də bu istiqamətdə alıb. Belə ki, o, Lvov Dövlət Bədən Tərbiyəsi Universiteti və Kamyanets-Podilski Pedaqoji Universitetinin məzunudur.

Bununla yanaşı, Mariya Stadnik ukraynca, rusca və azərbaycanca danışmağı bacarır.

Rafael Ağayev -  Bundan əvvəl də dəfələrlə ölkəmizə qalibiyyət sevinci yaşadan Rafael Ağayev, bu il gümüş medalla kifayətləndi.

Rafael 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə 21 N-li orta məktəbi bitirdikdən sonra Azərbaycanın Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının daxil olub. Təkmübarizlik fakültəsinin  “Güləşmə və onun metodikası” kafedrasının nəzdində karate məşqçi-müəllimliyi ixtisası üzrə ali  təhsil alıb.  2007-ci ildə ali təhsili bitirdikdən sonra hərbi  xidmətə yollanıb.

Avropa Oyunlarının qalibi Asiman Qurbanlı da  Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb.

Asiman Qurbanlı 1992-ci il avqustun 10-da Azərbaycanın Zəngilan rayonunun Mincivan  kəndində anadan olub. 1993-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Orta təhsilini Bakı şəhəri 146 saylı orta təhsil məktəbində başa vurub. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Əlbəyaxa  idman növləri fakültəsinin tələbəsi olub”.

Hacı Əliyev -  21 aprel 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. Hacı Əliyev 1999-cu ildə Elman Əzimzadənin rəhbərliyi altında güləşlə məşğul olmağa başlayıb. 1997-2008-ci illərdə Naxçıvan şəhərində  yerləşən 12 nömrəli tam orta məktəbdə təhsil alan Hacı Əliyev ali təhsili  2008-2012-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTDİ) alıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol