“Təcrübəçi müəllim vakansiyası açılmalıdır” 

14:09 02-07-2019 | icon 489 | Təhsil
“Təcrübəçi müəllim vakansiyası açılmalıdır” 

“Pedaqoji təhsil alan tələbələr son dərs ilini məktəblərdə təcrübə keçsinlər. Müəllimlərə verilən əlavə təcrübə ödənişi tələbəyə verilsin”

 

Bu təklif  “Hədəf” şirkətlər qrupunun baş direktoru , filoloq alim Şəmil Sadiqə aiddir.  

Versus.Az  xəbər verir ki, Şəmil Sadıq məktəblərdə yeni işə başlayan gənc müəllimlərin bacarıq və təcrübələrinin artırılması üçün özünün uzun müddətdir tətbiq etdiyi bir üsuldan söz açıb:

“Dövlət məktəblərində köməkçi müəllim, təcrübəçi müəllim vakansiyası ukraynalıların dili ilə desək, "klassnaya mama" yoxdur.

Universitetin pedaqoji fakültələrini bitirən müəllimlər təcrübəsiz olduqları üçün işə girməkdə çətinlik çəkirlər. Məktəblərə göndərilən tələbələr isə lazımı  təcrübəni mənimsəyə bilmirlər. Bunda təcrübə prosesində iştirak edən məktəb, tələbəyə nəzarət edən müəllim, eyni zamanda universitet də təqsirkardır. Hələ üstəlik nəzarətçi müəllimlər bunun müqabilində ödəniş də  alırlar. 

Məsələ ilə bağlı belə bir təklifim var: Pedaqoji təhsil alan tələbələr son dərs ilini məktəblərdə təcrübə keçsinlər. Müəllimlərə verilən əlavə təcrübə ödənişi tələbəyə verilsin. Beləcə o, həm məktəbin həyatına qarışa, həm də öz xərclərini müəyyən miqdarda ödəyə bilər. Eyni zamanda təcrübəli olduğu üçün universiteti bitirdikdən sonra işlə təmin olunması da asanlaşar

Təsisçisi olduğum “Hədəf”də illərdir istifadə etdiyim üçün deyə bilərəm ki, bu, müəllim hazırlamağın ən yaxşı yoludur. Hətta MİQ imtahanında məktəbdən gələn rəy də nəzərə alınaraq obyektiv qiymətləndirmə aparılsa, beş ildən sonra məktəblərimizdə ciddi kadr formalaşması olar.  Bu da ölkə təhsilinin inkişafına çox fayda verər.

Nazirlikdə və məktəblərdə köməkçi müəllimlərlə xüsusi  açılarsa, gələcəkdə təyinat məsələsi də aktuallaşar və müəllimlər iş tapmaqda çətinlik çəkməzlər. Bu variant şagirdlərə də müsbət təsir edə bilər.  Beləcə   həm də “Məktəblinin dostu” layihəsini daha təkmil, daha leqal şəkildə həyata keçirə bilərik”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin