Putindən şok etiraf: Osaka sammitinin görünməyən tərəfləri

00:43 03-07-2019 | icon 549 | Geopolitika
Putindən şok etiraf: Osaka sammitinin görünməyən tərəfləri

“Yaponiyanın Osaka şəhərində keçirilən G-20 toplantısında xüsusi olaraq hansısa razılaşma olmadı. Ümumiyyətlə keçmiş illərdə keçirilən G-8 və sonrakı illərdə G-20-lər toplantılar hansısa razılaşma əldə olunması üçün keçirilmir”.

 

Versus.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, belə zirvələrdə əsas məqsəd dövlət liderlərinin birlikdə və ayrılıqda fikir mübadiləsi aparmaları üçün fürsətlərdən istifadə etmələridi:

“Bu imkan Osakada yarandı. Məsələn ABŞ-ın Çin və Rusiya ilə münasibətləri gərgindir. Vaşinqton həm Pekinə, həm də Moskvaya qarşı sanksiyaları sərtləşdirir. ABŞ prezidenti Donald Tramp Osakada həm Çin, həm də Rusiya lideri ilə ayrılıqda görüşdü və nəticələrdən razı qaldı. Əlbəttə, bu ikitərəfli görüşlər dərin problemləri həll etmədi və etməyəcək, ancaq ortam nisbətən yumşaldı. Tramp Osaka sammitindən səmərəli istifadə edərək yolüstü Koreyaya da baş çəkdi və Şimali Koreyanın lideri ilə fikir mübadiləsi apardı.

 

Rusiya prezidenti Vladimir Putin də boş dayanmadı, ikitərəfli görüşlərdə aktual mövzuları müzakirə etdi. Məsələn Skripal olayında görə Moskva ilə London arasında münasibətlər soyuqdur və uzun müddət idi ki, iki ölkə arasında rəsmi təmaslar mövcud deyildi. Putin Osaka görüşü öncəsi əvvəlcə İngiltərənin nüfuzlu qəzetinə müsahibə verdi, Yaponiyada isə İngiltərinin baş naziri Tereza Meylə görüşdü. Doğrudur, Tereza Mey artıq vəzifəsindən gedir və bu onun sonuncu sammiti idi. Buna baxmayaraq, Putin Meylə görüşdən yayınmadı. Yeri gəlmişkən, Putinin İngiltərə qəzetinə verdiyi müsahibədə dediyi “satqınlar cəzalandırılmalıdırlar” fikri dolayısıyla ona işarədir ki, Skripal Moskva tərəfindən cəzalandırılıb. Bundan bir neçə il əvvəl isə Londonda eyni üsullar digər “satqın” Litvinenko cəzalandırılmışdı”.

Elxan Şahinoğlu qeyd edib ki, Osakadakı sammit Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün də vacib idi:


“Tramp Ərdoğanla görüşdə dedi ki, ABŞ-ın Türkiyəyə vaxtilə “Patriot” raketlərinin satmaması keçmiş prezident Barak Obamanın günahıdır. Digər vacib məqam isə ondan ibarət idi ki, Tramp Türkiyəyə qarşı sanksiya tətbiq etməyəcəyini bəyan etdi. Çünki Türkiyə Rusiyadan müasir raketlər aldığına görə Amerikanın hədəsi ilə üz-üzədir. İndi isə bəlli olur ki, Ağ Ev sahibi Ankaranı sıxışdırmaq istəmir. Əlbəttə, Trampın dedikləri bu o demək deyil ki, Amerika Türkiəyə qarşı təzyiq siyasətindən əl çəkəcək. Buna baxmayaraq, Trampın açıqlamaları Ərdoğanın arqumentini gücləndirdi. Elə tək buna görə Osaka sammitini Türkiyə üçün faydalı hesab etmək olar”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF