Karateçilərimiz WKF Kuboku turnirində iki medal qazanıb

18:31 05-07-2019 | icon 461 | İdman
Karateçilərimiz WKF Kuboku turnirində iki medal qazanıb

21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Murad Hacızadə (+84 kq) və Fidan Teymurova (-50 kq) WKF Kuboku (Dünya Karate Federasiyası) turnirinin mükafatçıları olub.

 

Azərbaycan Milli Karate Federasiyasından Versus.Az-a verilən məlumata görə, 4-5 iyul tarixlərində Xorvatiyanın Umaq şəhərində yarışda M.Hacızadə qızıl medala, F. Teymurova isə bürünc mükafata sahib olub. Yuxarı yaş dərəcəsində daha iki idmançımızın nəticəsi bu gün məlum olacaq.

 

Bu turnirdən əlavə 5-7 iyul tarixlərində Umaqda WKF-in Gənclər Liqası yarışı da keçirilir. Kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətdə daha 14 idmançı turnirə qatılacaq.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin hər bir yaş dərəcəsində iki idmançının işitrakına üstünlük verib.

 

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov WKF-in Gənclər Liqasını idarə edən hakimlər arasındadır. Yarışda 70 ölkədən 2577 idmançı iştirak edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı