İşğal olunmuş ərazilərimizdə bankomat şəbəkəsi üzərindən ödəniş kartlarının qəbulu dayandırılıb

18:35 05-07-2019 | icon 598 | İqtisadiyyat
İşğal olunmuş ərazilərimizdə bankomat şəbəkəsi üzərindən ödəniş kartlarının qəbulu dayandırılıb

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) maliyyə bazarları, o cümlədən ödəniş sistemləri sahəsində həyata keçirdiyi tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi faktları müəyyən edilib. Həmçinin, qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən maddi yardımın toplanılması faktı aşkarlanıb.

 

Versus.Az-in məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, bu faktların mövcudluğu ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüquqi normaların pozulması, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi baxımından əlverişli şəraitin yaradılması, habelə beynəlxalq kart təşkilatları tərəfindən müəyyən edilmiş tələblərin gözlənilməməsi deməkdir. Palata tərəfindən aşkar olunmuş faktlar əsasında “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri ilə görüşlər keçirilərək bu təşkilatların brendini daşıyan ödəniş kartlarına işğal olunmuş ərazilərdə xidmət göstərilməsinin təxirəsalınmadan dayandırılması diqqətə çatdırılıb.

 

Həyata keçirilən kompleks tədbirlər və birgə fəaliyyət nəticəsində qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartları ilə maddi yardımların toplanılması, habelə işğal olunmuş ərazilərdə bir sıra bankların bankomat şəbəkəsi üzərindən bu ödəniş kartlarının qəbulu dayandırılıb.

 

Palata olaraq ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi daim monitorinq olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı