BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edilib

18:38 05-07-2019 | icon 931 | Təhsil
BDU-nun tələbələrinə Almaniyanın Vürsburq Universitetinin hüquq diplomu təqdim edilib

Bakı Dövlət Universitetinin bir qrup tələbəsinə BDU və Almaniyanın Vürsburq Universitetinin ikili diplomlarının verilməsi münasibətilə tədbir keçirilib.

 

Universitetdən Versus.Az-a verilən məlumata görə, rektor Elçin Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətləri qeyd edərək Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyəti barədə məlumat verib.

 

Eyni zamanda “2019-2023-cü illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan danışan rektor Almaniyanın Vürsburq Universiteti ilə Bakı Dövlət Universiteti arasında imzalanmış sazişə əsasən “Avropa hüququ” magistratura ixtisaslaşması üzrə həyata keçirilən ikili diplom proqramının əhəmiyyətindən söz açıb.

 

2012-ci ildən etibarən reallaşdırılan birgə kadr hazırlığını yüksək qiymətləndirən rektor indiyədək 50 məzuna Vürsburq Universitetinin diplomlarının təqdim edildiyini, tədrisin ingilis və alman dillərində aparıldığını bildirib. Rektor Vürsburq Universitetinin bu məqsədlə Bakıda intensiv alman dili kusları təşkil etdiyini və tələbələrin Almaniyada təcrübə keçdiklərini də diqqətə çatdırıb.

 

Bakı Dövlət Universitetinin, eyni zamanda, Almaniyanın Halle-Vittenberq Universiteti ilə hüquq üzrə fəlsəfə doktoru pilləsi istiqamətində kadr hazırlığına toxunan rektor, bu günlərdə Fransanın Lion-2 Universiteti ilə “Əqli mülkiyyət hüququ” sahəsində ikili dplom proqramının reallaşacağını, gələcəkdə ikili diplom proqramlarının bütün ixtisasları əhatə edəcəyinə əminliyini ifadə edib.

 

Vürsburq Universitetinin Hüquq fakültəsinin dekanı, professor Ekard Paxen proqramın məzunların karyera inkişafında böyük addım olduğunu bildirib. E.Paxen ikili diplom proqramının gələcəkdə hüquqla yanaşı digər sahələrdə də tətbiq ediləcəyi istiqamətində işlərin aparıldığını, əməkdaşlığın birgə tədqiqatlar, konfranslar, eləcə də elmə aid müxtəlif layihələri əhatə edəcəyinə inandığını vurğulayıb.
BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev proqramın reallaşmasında xidməti olan professor-müəllim heytinə təşəkkür edərək bu istiqamətdəki planlardan bəhs edib.

Tədbir 15 məzuna diplomların təqdim edilməsi ilə başa çatıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı