Paşinyan hakimiyyətinin daxili və xarici audidoriya üçün qurduğu tamaşa

20:00 17-08-2023 | icon 683 | Siyasət
Paşinyan hakimiyyətinin daxili və xarici audidoriya üçün qurduğu tamaşa

Arzu Nağıyev: “Ermənistanın müraciəti konkret faktlara söykənmədiyi üçün BMT tərəfindən qəbul olunmadı”

 

“BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr birmənalı şəkildə Azərbaycanın beynəlxalq hüququn bütün normalarına uyğun siyasət apardığını təsdiqlədi. Ermənilərin BMT-yə müraciətləri ilə orada necə iflasa uğramalarının şahidi olduq”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı müzakirə açan Ermənistanın nəyə nail olması, Azərbaycanın bu tribunadan dünya güclərinə hansı həqiqətləri çatdıra bilməsi ilə bağlı açıqlamasında bildirib.

 

Ermənilərin Azərbaycana qarşı müxtəlif iddialar irəli sürdüyünü qeyd edən deputat, bütün dünyanın bu iddiaların siyasi oyunlar olduğunu, əsas məramın, məqsədin sülh danışıqlarının, sülh müqaviləsinin uzadılmasına yönəldiyini anladığını deyib:

 

“Ermənilər diaspor təşkilatları, lobbi fəaliyyətindən istifadə edərək "humanitar fəlakət" ad ilə belə bir şounu göstərməyə çalışdılar. Bütün dünyaya bir daha göstərildi ki, Azərbaycan suveren dövlətdir, BMT Qarabağ da daxil olmaqla onun ərazi bütövlüyünü tanıyır və Azərbaycanın Laçın yolunda qurduğu nəzarət buraxılış məntəqəsi legitimdir, sadəcə olaraq Ağdam-Xankəndi yolu da humanitar məqsədlə istifadə oluna bilər. Və BMT TŞ üzvlərindən heç biri "blokada", "soyqırım" sözünü dilinə gətirmədi. Eyni zamanda heç kim Laçında nəzarət buraxılış məntəqəsinin legitimliyinə şübhə ilə yanaşmadı.  Qarabağda yaşayan ermənilər yerli əhali kimi göstərilməklə onlara humanitar yardımın Azərbaycan tərəfindən və Azərbaycanın razılığı ilə həyata keçirilməsi önə çəkildi. Ermənistanın müraciəti erməni havadarları olan dövlətlər tərəfindən dəstəklənsə də, konkret faktlara söykənmədiyi üçün BMT tərəfindən qəbul olunmadı. Bir daha bütün dünya başa düşdü ki, bu oyun daxili və xarici audidoriya üçün Paşinyan hakimiyyətinin qurduğu tamaşadır”.

 

A.Nağıyev eyni zamanda bildirib ki, Qoşulmama Hərkatına üzv olan dövlətlərin çıxışları göstəridi ki, Azərbaycan prezidentinin apardığı xarici siyasət çox mühüm əhəmiyyət kəsb edir. Deputat BMT-də Azərbaycanın daimi nümayındəsi Yaşar Əliyevin çox ciddi faktlara söykənən mənalı çıxışını təqdirəlayiq hesab edib:

 

“Diplomatlar bir daha bəyan etdilər ki, Azərbaycan müstəqil dövətdir, Xankəndi-Ağdam yolunun açıq olduğu xatırlandı. Orada bir daha vurğulandı ki, əgər humanitar ehtiyac varsa, Azərbaycanın təklif etdiyi yol seçilməlidir. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və bu istiqamətdə də istər diplomatik sahədə, istər daxildə işlər aparılı, aparılacaqdır”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı