"Muğam dunyasına səyahət" - LAYİHƏ

08:45 09-07-2019 | icon 571 | Mədəniyyət
"Muğam dunyasına səyahət" - LAYİHƏ

Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi olan “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarının ilk tədbiri iyul ayının 5-də Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində reallaşıb.

 

Beynəlxalq Muğam Mərkəzindən Versus.Az-a verilən məlumata görə, mərkəz və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçən tədbir qəsəbə sakinləri tərəfindən böyük marağa səbəb olub. Belə ki, layihənin ilk konserti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və belə bir ideyanın həyata keçirilməsi qəsəbə sakinləri tərəfindən alqışlanıb.

 

Gənc və sevilən xanəndələr Hüseyn Məlikov, Gülzar Fərəcova, Sədəf Budaqovanın çıxışları gur alqış sədaları ilə müşayiət olunub. Xalq mahnılarımız, muğamlarımızdan ibarət proqramda xanəndələri tarda Saleh Salahov, kamançada Fərrux Haşımlının rəhbərliyi ilə ansambl müşayiət edirdi. Bir-birindən maraqlı çıxışlar qəsəbə sakinlərinə əsl yay istirahəti və muğamlarımızın dərin fəlsəfəsindən bəhrələnmək imkanı yaradıb. Qəsəbə ağsaqqallarının, gənclərin və müxtəlif peşə sahiblərinin tamaşaçı qismində qatıldığı konsert proqramı UNESCO mədəni irs siyahısında qorunan muğam sənətimizin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edib. Məharətli ifalar və xoş atmosferdə davam edən konsert proqramının sonunda tamaşaçılar xanəndələri bir neçə dəqiqə sürəkli alqışlayaraq təşəkkürlərini bildiriblər.

 

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi 10 illik fəaliyyətinin yekun mövsümündə daha bir maraqlı layihə ilə musiqisevərlərin görüşünə gəldi. “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramları iyul ayından start götürərək ilin sonuna kimi davam edəcək. İsti yay günlərində ən gözəl istirahəti milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarının sədaları ilə keçirmək istəyənləri tətil boyu təşkil olunacaq muğam axşamlarına dəvət edirik. Tamaşaçıların estetik zövqünə və xoş istirahətinə müsbət təsir göstərəcək konsertlərdə tanınmış muğam ifaçılarımız muğamlarımız, xalq mahnılarımız və təsniflərdən ibarət rəngarəng proqram təqdim edəcəklər.

 

Konsertlər Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzlərində reallaşacaq.
Növbəti konsertlər isə 25 iyul – A.R. Qobustanlı adına Mədəniyyət evi, 9 avqust – Binəqədi Mərkəzi Mədəniyyət evi, 27 avqust – Mərdəkan Mədəniyyət Sarayında reallaşacaq.

 

Beynəlxalq Muğam Mərkəzi bu günə kimi bir çox birgə layihələrə imza atıb. Televiziya kanalları, səfirliklər, müxtəlif təşkilatlarla reallaşan uğurlu layihələr sırasında ötən ay Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan “Caspian etüd” Beynəlxalq gənc pianoçuların müsabiqəsini misal çəkə bilərik. BMM həm ölkə daxilində həm də beynəlxalq əhəmiyyətli birgə layihələri fəaliyyətinin əsas istiqaməti kimi davam etdirməkdədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…