“30 ildə sərt danışanlar nəyə nail olublar?”

13:47 22-03-2018 | icon 621 | Siyasət
“30 ildə sərt danışanlar nəyə nail olublar?”

Sərt tənqid et, pafosla danış və xalq desin ki, qəhrəmandır”

 

“2015-ci ildə “İsa Qəmbərə rels verilsəydi, onun qatarını dayandırmaq çətin olacaqdı…” başlıqlı yazıdakı fikirlərimdə səmimi idim. Bu gün də Prezidentliyə namizəd olaraq səmimiyəm. Artistlik etmək istəmirəm. 30 ildə sərt danışanlar nəyə nail olublar ki, mən sərt danışıb nəyə nail olam?”

 

Versus.az-ın məlumatına görə, bu sözləri bəzi siyasilərin Prezidentliyə namizədlərin teledebatdakı çıxışlarının qeyri-radikal olması fikirlərinə açıqlamasında Prezidentliyə namizəd Razi Nurullayev deyib:

 

R.Nurullayev bildirib ki, əgər kimlərsə sərt danışıqdan, sərt siyasətdən, radikallıqdan, barışmazlıqdan zövq və mənəvi təskinlik alırsa, sosial şəbəkələri izləsinlər, orada on minlərlə söyüş və təhqir var:

 

Sərt tənqid et, pafosla danış və xalq desin ki, qəhrəmandır. Bu, mübarizə metodu ola bilməz. Xaricdə mühacir həyatını seçənlər Azərbaycandakı radikal müxalifətdən min dəfə sərt danışır. Camaat da əgər söyüş, təhqir və sərt tənqid eşitmək istəyirsə, onlara qulaq asar. Bununla onun həyatı yüngülləşəcəkmi? İş yerləri tapacaqlarmı? Pensiyaları artacaqmı?”

 

Siyasətin real olanı həyata keçirmək olduğunu vurğulayan Prezidentliyə namizəd qeyd edib ki, 30 ildə sərt müxalifət olaraq heç nəyi reallaşdırmaq mümkün olmayıbsa, bu cür radikal mövqeni davam etdirmək düzgün deyil:

 

“İnşallah, apardığım siyasət partiya olaraq bizim üçün də, ən əsası xalq üçün də nəticə verəcək”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi