AQTA antisanitar şəraitdə fəaliyyət göstərən daha bir sex aşkarlayıb

11:23 10-07-2019 | icon 427 | Sosial
AQTA antisanitar şəraitdə fəaliyyət göstərən daha bir sex aşkarlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə paytaxt sakini tərəfindən Bakının Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən iribuynuzlu heyvanların daxili orqanlarının emalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə şikayət daxil olub.

 

Agentlikdən Versus.Az-a verilən məlumata görə, daxil olan məlumat əsasında AQTA əməkdaşları həmin sexdə monitorinq aparıb və şikayət öz təsdiqini tapıb. Məlum olub ki, müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir. Yaşayış və ictimai-iaşə müəssisələrinin yaxınlığında yerləşən müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib.

 

Sexdə havalandırma sisteminin quraşdırılmadığı, təmizlənmiş daxili orqanların möhtəviyatının təmizləyici qurğudan keçmədən kanalizasiyaya axıdıldığı məlum olub.

Müəssisədə istifadə olunan xammalın sağlamlığını təsdiq edən baytarlıq arayışları AQTA əməkdaşlarına təqdim edilməyib. Monitorinq zamanı bəlli olub ki, sexdə çalışan işçilər fərdi mühafizə, gigiyenik geyimlərlə təmin olunmurlar. Aşkar olunmuş nöqsanlar əsasında sexin fəaliyyəti məhdudlaşdırılıb.

 

Vətəndaşlardan bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli “Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI