Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

22:06 10-07-2019 | icon 385 | Mədəniyyət
Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Bu günlərdə Gənc Tamaşaçılar Teatrı mövsümün son tamaşasını teatrsevərlərə təqdim edib.

 

Versus.Az milli.az-a istinadla xəbər verir ki, tamaşadan əvvəl teatrın əməkdaşı Ötkəm İskəndərov ötən mövsüm ərzində qazanılan uğurlardan, görülən işlərdən danışıb: "Bu gün mövsümün son tamaşasını izləyəcəksiniz və geriyə baxanda biz bu müddətdə necə uğurlar qazandığımızı görürük. Əlbəttə ən böyük uğurumuz odur ki, teatrımızın 90 illik yubileyi çox böyük təntənə ilə keçib. Ölkə Prezidentinin Sərəncamı ilə bir neçə əməkdaşımız fərxri adlara, ordenlərə layiq görülüb. Həmçinin bu mövsümdə teatrımızda 8 yeni tamaşaya quruluş verilib. Həm uşaqlar, həm də böyüklər üçün olan bu yeni tamaşalar böyük maraqla qarşılanıb. Hal-hazırda da Xalq artisti Cənnət Səlimova Mirzə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" əsərinə quruluş verir. Əməkdar artist Nicat Kazımov isə "Sindibadın sərgüzəştləri" tamaşasını uşaqlar üçün hazırlayır ki, bunları da yeni mövsümdə tamaşaçılarımıza təqdim edəcəyik. Eyni zamanda ötən il ölkə Prezidentinin yaradıcı adamlarla görüşməsi, teatr işçilərinin maaşlarının 50 faiz artırılması, üstəgəl teatrlara maddi yardımın ayrılmasını da xüsusi qeyd etməliyəm. Bütün bunlar yaradıcı adamlara stimul verən məsələlərdir."

Daha sonra İsveç dramaturqu Lars Norenin "Müharibə" pyesi əsasında, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi eyniadlı  tamaşa nümayiş olunub. İki hissəli tamaşanın quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsərində əsas rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova canlandırırlar.

 

16 yaşdan yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə əks etdirir. Əsərdə müharibədən gözləri kor olmuş, ancaq ümidini itirmədən səbrlə, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın 2 ildən sonra gəlib evinə çıxmasını qəhrəmanın mənəvi qələbəsi saymaq olar. Səhnə əsərində atanın, eləcə də ana və qızlarının həyatına nəzər saldıqda müharibənin bütün ağrı və acılarını, mənəvi sarsıntılarını, daxili əzablarını görmək o qədər də çətin deyil. 

Qeyd edək ki, sentyabr ayında teatr mövsümü Füzulinin "Leyli və Məcnun" poeması əsasında hazırlanmış eyniadlı tamaşa ilə açacaq.  

 

Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol