5 ildir ki, girovluqda olan kəlbəcərli...

16:41 11-07-2019 | icon 693 | Gündəm
 5 ildir ki, girovluqda olan kəlbəcərli...

Ermənistanın girov saxladığı azərbaycanlı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov özünün facebook səhifəsində atasının girov götürülməsinin 5-ci ildönümü ilə bağlı olduqca diqqətçəkən status paylaşıb.

Versus.Az Minval.info-ya istinadla xəbər verir ki, Kürdoğlu Əsgərov sosial media hesabında yazıb: “2014 cü ilin 9 iyul ayında Sahbazı Quliyev Kəlbəcərdə ermənilər tərəfindən girov götürüldükdən 2 gün sonra-yeni bu gün 11 iyulda Həsən Həsənov girov götürlərək vəhşicəsinə amansızlıqla qətlə yetirildi. Sahbazı girov götürüb Həsəni qətlə yetirən ermənilər, Dilqəm Əsgərovun axtarışı və tutulması ücün rus və erməni hərbçilərini ayağa qaldırıdılar, hətta bir neçə vertolyot belə qaldırmışdılar ki, Dilqəmi girov götürsünlər və istəklərinə nail oldular. 2014 cü ilin iyul ayının 14-ü Dilqəm Əsgərovu (atamı) girov götürdülər. Atamın tutulması artıq mənə aydındı, kimin əli ilə atamı tutdular, artıq orası da aydındır. Keçən 5 il ərzində müxtəlif beynəlxalq təşkilatlarda cağırışlar etsəm də, əsfsuslar olsun ki, hələ də atam qanunsuz olaraq erməni girovluğunda saxlanılır. Atamı erməni girovluğundan azad edə biləcək tək bir insan, tək bir dövlət və tək bir xalq var-Azərbaycan Prezidenti, Azərbaycan dövləti və Azərbaycan xalqı”.

Musavat.com yazır ki, Kürdoğlu Əsgərovun “Atamın tutulması artıq mənə aydındı, kimin əli ilə atamı tutdular, artıq orası da aydındır” yazmaqla nəyə işarə etdiyi, əslində nəyi demək istədiyi maraq doğurur.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI