Əsl insan necə olmalıdır?

19:14 22-03-2018 | icon 21242 | Uşaq Dünyası
Əsl insan necə olmalıdır?

Başqa səbəblər də var...

 

LEYLA NƏCƏFLİ
/6-cı sinif şagirdi/

 

İnsan Tanrının yaratdığı ən ali varlıqdır.  Əsl insan dedikdə, ağla gələn ilk fikir düzgün, vicdanlı, qürurlu olmaqdır. Hər bir insan istəyər ki, hamı onu sevsin, ona hörmət etsin. Ancaq insanların sevilməməyi elə onların davranışlarının bəhrəsidir. Hansı insan istəyər ki, heç kim onu sevməsin, hansı insan istəyər ki, ona qayğı göstərməsinlər. Əlbəttə ki, heç kim. Buna görə də həmişə yaxşı biri olmağa çalışın. Biri yıxılanda gülmək, lağ etmək əvəzinə, onun qolundan tutub qaldırın.

 

Mən 6-cı sinifdə oxuyuram. Bu yazdıqlarımı sözgəlişi yazmadım. Mənim oxuduğum sinifdə 24 sagird var. Təbii ki, hər biri öz ailəsinin sevincidir. Amma çox uşaq məktəbə gəldikdə pis vərdişləri və pis xarakterləri məlum olur. Biri ikiüzlü, biri yalançı, biri isə aravuran olur. Hərdən öz-özümə düşünürəm ki, axı bu niyə belədir? Mən özüm də müşahidə etmişəm ki, bəzi uşaqlar başqalarının arxasınca danışırlar, dostların aralarını vururlar. Səndən istifadə edirlər, sənin adından yalan yerə başqalarına söz deyirlər. Belə məsələlər məni çox üzür...

 

Əslində isə deyirlər ki, insan yarananda məsum və günahsız olur. Lakin həyat onu dəyişdirir. Axı, hələ bu uşaq indidən özündə belə mənfiləri üzə çıxarıbsa, demək ki, insan daşıdığı qanın xarakterinə uyğun formalaşır. Yaxud, başqa səbəblər də var...

 

Əziz həmyaşıdlarım, gəlin biz – elə mən, siz - yaxşı qalaq, pisliyə doğru dəyişməyək. Əminəm ki, bu hər birimizin gələcəyimiz üçün yaxşı olacaq.

 

Belə, əziz dostlarım, bu günlük bu qədər. Sağ olun, salamat qalın.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin