Mənşəyi bilinməyən ət aşkarlandı

20:36 13-07-2019 | icon 370 | Sosial
Mənşəyi bilinməyən ət aşkarlandı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları birlikdə keçirilən monitorinq zamanı Ağdam rayonu ərazisində Nəsibov Aydın Məhəmməd oğluna məxsus 04-BL-086 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə 175 kq istehlaka yararsız ət aşkar olunub.

Versus.Az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, vətəndaşa məxsus VAZ-21074 markalı avtomobilə baxış zamanı avtomobilin yük yerində 1 baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik göstəricilərinə görə ətin qansızlaşdırılmasının düzgün aparılmadığı, kəskin iyli, rənginin dəyişdiyi müəyyən edilib. Vətəndaş ilkin izahat zamanı əti Ağcabədi rayonu Aşağı Avşar kənd sakini Əliyev Sahil Pənah oğlunun sifarişi ilə Ağdamın Əfətli kəndindən götürdüyünü bildirib.

Ümumi çəkisi 175 kq olan, insan istehlakı üçün istifadəyə yararsız ətin ölmüş heyvanlara məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb.

Nümunələr Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

 

Versus.Az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI