Gənc dahi Eynşteyn və Hokinqi səhv çıxardı - Allah var!

08:15 14-07-2019 | icon 459 | Maraqlı
Gənc dahi Eynşteyn və Hokinqi səhv çıxardı - Allah var!

Ötən əsrin alimləri arasında ateist olmaq dəbdə olub. Stiven Hokinq və Albert Eynşteyn də özlərini ateist adlandırıblar. Onlar Tanrının olduğunu inkar edirlər. Amma bu gün dahi insanlar arasında Allahın mövcudluğunu qəbul edən və sübut edənlər də artıb. Onlar artıq Ali Qüvvəni elm yolu ilə sübut edirlər, ateistlərin iddialarını rədd edirlər. Bu dahilər elmi və Allaha inancı birləşdirən insanlardır.

 

Versus.Az bildirir ki, belə dahilərdən biri də 11 yaşlı Uilyam Meylisdir. Uilyam yunan rahibin oğludur və artıq 7 aylığından tam cümlələr quraraq danışa bilib. Meylisin 2 yaşı olanda artıq oxuyub yaza bilirdi və kifayət qədər mürəkkəb riyazi məsələləri həll edirdi.

 

9 yaşı olanda vunderkind Pensilvaniyada orta məktəbi bitirdi və Karneqi-Mellon universitetində astrofizik fakultəsinə qəbul oldu. Onun arzusu Tanrının mövcudluğunu sübut etmək, bunu elmi yolla bütün planetə göstərmək idi.
Uilyamın fikrinə əsasən, Allahı inkar etmək üçün dünyada hər şeyin Ali Ruh tərəfindən yarandığını başa düşməyənlərdən olmaq lazımdır. Ateist təbliğatı və dini doqmatika öz çirkin əməllərini ediblər və bu səbəbdən müasir insan əsasən dinsizdir. Onun kilsəyə və ya məscidə gedib ibadət etməsi vacib deyil, insanın daxilində inamı yoxdur, Tanrıya inanmır.

 

Gənc dahi XXI əsr insanının təhsilini və şüurunu əsl həqiqətlə doldurmaq istəyir. Məsələn, o, inanır ki, Kainatın sonsuz olduğu və 14 milyard il əvvəl yaranması barədə tezislər bir-birinə ziddir. Dünyanın yaranmasında hər şey, əsas da zaman sonsuzdur. Ateist-alimlər tərəfindən bu düzgün qəbul edilmir. Burada sonsuzluq var və Kainatın yaşı yoxdur və ola bilməz. Hansısa hərəkət və dəyişiklik ola bilər, amma heç nədən yaranma ola bilməz. Çünki hər şeydən Ali olan Tanrı, zaman və məkan sonsuzdur.

 

Versus.Az

 
 

Uilyam bu fikirlərini gələcəkdə də sübut etməyə çalışacaq...

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür