"Livan siyasətçilərini müsəlman həmrəyliyi qətiyyən maraqlandırmır"

16:41 23-03-2018 | icon 519 | Siyasət
"Livan siyasətçilərini müsəlman həmrəyliyi qətiyyən maraqlandırmır"

"Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində fəaliyyət göstərən qondarma rejimin "başçı"sı Bako Saakyanın bu yaxınlarda ABŞ-a səfərindən sonra ötən gün Livana səfər etməsi artıq Azərbaycana və eyni zamanda da münaqişəni həll etmək vəzifəsini üzərinə götürmüş ATƏT-in Minsk qrupuna açıq-aşkar meydan oxumaq deməkdir. Bu, həm də ermənilərin yeni hiyləgər planlarından xəbər verir".

 

Versus.az-ın məlumatına görə, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. Partiya sədrinin sözlərinə görə, məsələnin daha ilginc tərəflərindən biri də budur ki, Beyrutda erməni lobbisinin təşkil etdiyi tədbirlərə qatılan B.Saakyan eyni zamanda bu ölkənin rəsmi şəxsləri tərəfindən də qəbul edilib:

 

"Bu nə deməkdir? Livan hökuməti belə bir addımı atmaqla nə demək istəyir, hansı mesajları verir? Və Livan rəsmiləri bu absurdu necə izah edəcəklər? Axı Livan özü də işğala və terrora məruz qalan ölkədir. Lakin buna baxmayaraq bu ölkənin erməni terrorizminə qucaq açması və Ermənistanın işğalçılıq siyasətini dəstəkləməsi nə dərəcədə anlamlı hərəkətdir? Livan erməni terror təşkilatlarının yarandığı, beşiyi olduğu ölkə imicini qazanmaqla Türk Dünyasına (ilk növbədə isə Türkiyəyə və Azərbaycana) göz dağı vermək, ya da ki, Osmanlı dönəminə görə hazırki Türkiyədən qisas almaq amacınımı güdür?"

 

Ə.Hüseynov Livanın həm də bir müsəlman ölkəsi, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olduğunu vurğulayaraq, bu baxımdan Livanın sözdə deyil, əməldə müsəlman həmrəyliyi nümayiş etdirib, Dağlıq Qarabağ məsələsinə münasibətdə məhz Azərbaycanın yanında yer almasını bu ölkənin mənəvi borcu kimi qeyd edib:

 

"Lakin görünən budur ki, Livan siyasətçilərini müsəlman həmrəyliyi qətiyyən maraqlandırmır və rəsmi Beyrut öz ermənipərəst siyasətini bundan sonra da davam etdirmək niyyətindədir. Məhz bu amili nəzərə alaraq rəsmi Bakı Livana təcili surətdə nota verməli və həm İslam Əməkdaşlıq Təşkilatına da Livanın Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşdığı barədə məlumat verərək bu ölkənin İƏT üzvlüyündən çıxarılmasını tələb etməlidir.

Düşünürəm ki, Azərbaycanın Livana qarşı bu cür sərt addımı və prinsipiallığı bundan sonra Ermənistanla və qondarma "Dağlıq Qarabağ Respublikası" ilə sövdələşmələrə maraq göstərən digər müsəlman ölkələrinə də sözün əsl mənasında dərs olar".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür